Elmar Məmmədyarov: “Azərbaycan, Pakistan və Türkiyə strateji tərəfdaşdır” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Elmar Məmmədyarov: “Azərbaycan, Pakistan və Türkiyə strateji tərəfdaşdır”

Elmar Məmmədyarov: “Azərbaycan, Pakistan və Türkiyə strateji tərəfdaşdır”

Müəllif: Anar
//
30 noyabr 2017
//
//

Elmar Məmmədyarov: “Azərbaycan, Pakistan və Türkiyə strateji tərəfdaşdır”

“Pakistan və Türkiyə xarici işlər nazirləri ilə ilk üçtərəfli görüşümüz intensiv məsələhətləşmələrlə nəticələndi”.

"Republika xəbərləi" qəzetinin məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov pakistanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra deyib. O bildirib ki, imzalanan Bakı bəyannaməsi gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır: "Hər iki ölkə ilə strateji tərəfdaşıq. Müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik. Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. İqtisadi və ticari əlaqələrin inkişafının vacibliyini müzakirə etdik. Həmçinin, regionda olan münaqişələri müzakirə etdik və bildirdik ki, bunlar sabitlik və təhlükəsizliyə təhdiddir. Hərbi, terrorizmə qarşı mübarizə sahələrində müzakirə apardıq. Müdafiə sahəsində əməkdaşlığımız çox intensivdir. Nəqliyyat əlaqələri müzakirə mövzulardan biridir. Pakistana təklif etdik ki Azərbaycan və Türkiyənin bu sahədəki imkanlarından yararlansın. Xüsusilə Bakı-Tbilisi-Qarsı dəmir yolu xəttini nəzərdə tuturam.

Görüşdə ikitərəfli və üçtərəfli əsasda hava nəqliyyatının bərpasının vacibliyini qeyd etdik. Bu, ölkələr arasında turizm sahəsində böyük imkanlar yaradır”.
distantga 5 dekabr 2017 10:17
Я бы с большим удовольствием посмотрела бы на звезды, если бы была такая вот уникальная возможность делать это не выходя из офисного кабинета. На самом деле я люблю создавать хорошее настроение и делаю это более чем качественно с большим запасом позитива. Вы когда нибудь видели что то такое, что бы вам нравилось и дарило вам хорошее настроение? Я думаю что то такое может себе позволить только тот кто может это себе позволить. Я вот через свой телескоп недавно увидела галактики Подсолнух, занятное зрелище однако. Ни чего подобного ранее я не видела, да и наверное и в будущем красивее не будет ни чего.

Xəbər Lenti Giriş Populyar Reklam
Sabahın HAVAsı Bu gün, 13:32Sabahın HAVAsı