Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırılıb » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Müəllif: Anar
//
23 Ekim 2017
//
//

OXUNUB:218
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 23-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Kestutis Yankauskas ilə görüşüb.

MN-dən verilən məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.

Müdafiə nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində dinc sakinlər və hərbi qulluqçuların həyatlarına təhlükə yarandığından münaqişənin həlli yolu onun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işğalçı qoşunların Azərbaycan ərazilərdən qeyd-şərtsiz çıxarılmasından ibarətdir.

Səfir K.Yankauskas öz növbəsində bildirib ki, Avropa İttifaqı regionda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin və bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam