Prezident İlham ƏliyevTehranda İran və Rusiya dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə görüşünə dəvət edilib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident İlham ƏliyevTehranda İran və Rusiya dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə görüşünə dəvət edilib

Prezident İlham ƏliyevTehranda İran və Rusiya dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə görüşünə dəvət edilib

Müəllif: Anar
//
10 Eylül 2017
//
//

OXUNUB:271
Prezident İlham ƏliyevTehranda İran və Rusiya dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə görüşünə dəvət edilib

Bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin görüşü olub.

Prezident İlham Əliyev Həsən Ruhanini yenidən İran Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, Azərbaycanın dost ölkə olaraq İranın uğurlarına sevindiyini qeyd edib.

Dövlət başçısı Azərbaycan-İran dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib. İran prezident H. Ruhani isə ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini qeyd edib, ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı qarşıya qoyulan məqsədləri müvəffəqiyyətlə yerinə yetirmək üçün səyləri birləşdirməyi zəruri sayıb. Eyni zamanda İranın yeni seçilən hökumətinin də Azərbaycan ilə dostluq münasibətlərinin inkişaf etdirilməsi işinə sadiq olduğunu nəzərə çatdırıb. Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran prezidenti bu baxımdan dəmir yolu layihəsini xüsusi vurğulayıb. Şimal-Cənub nəqliyyat dəhlizinin önəminə toxunan H. Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığının regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. İran prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünün Tehranda keçiriləcəyini bildirərək, prezident İlham Əliyevi həmin tədbirə dəvət edib. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayan İran prezidenti ümidvar olduğunu bildirib ki, Xəzərin statusu ilə bağlı səylərimizi əlaqələndirərək yaxın zamanlarda bu sahədə razılıq əldə etmək mümkündür. Ölkəsi tərəfindən həyata keçirilən işlərdən danışan H. Ruhani deyib ki, İran digər ölkələrlə birlikdə nəhəng layihələr həyata keçirir. İran həmin layihələrdə Azərbaycanın iştirakını və investisiya qoymasını alqışlayar. İran Prezidenti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, elm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Terrorizmin regionda sülhə və sabitliyə ciddi təhdid yaratdığını deyən H. Ruhani beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan ilə birgə səylərin artırılmasında maraqlı olduqlarını qeyd edib.

Prezident İlham Əliyev İran prezidentinin Tehranda keçiriləcək Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünə dəvətini qəbul edərək, buna görə minnətdarlığını bildirib. İran prezidentinin fikirləri ilə razılığını ifadə edən dövlət başçısı Bakıda keçirilən birinci üçtərəfli görüşün əhəmiyyətinə toxunaraq Azərbaycanın bu əməkdaşlığa fəal surətdə öz töhfəsini verdiyini söyləyib. Dövlət başçısı Şimal-Cənub layihəsinə toxunaraq Azərbaycanın bu layihənin fəal iştirakçısı olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edərək, dəmir yolunun inşası işlərinin yaxın zamanlarda başa çatdırılacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev ölkəmizdə Ordubad su elektrik stansiyasının, həmçinin “İran Xodro” avtomobil zavodunun, əczaçılıq zavodunun inşasını iqtisadi əməkdaşlığımızın genişlənməsi baxımından yüksək qiymətləndirib. Bildirib ki, İranın Azərbaycana investisiya qoyuluşu sahəsində də əməkdaşlıq üçün yaxşı imkanlar var. Azərbaycan prezidenti qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını, investisiya qoyuluşu sahəsində də səylərin gücləndirilməsini vacib sayıb.

Prezident İlham Əliyev terrorizmin region üçün yaratdığı təhlükəyə toxunaraq deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizəni vacib sayır və bu sahədə birgə əməkdaşlıq etməyə böyük önəm verir. Prezident İlham Əliyev İran prezidentini onun üçün münasib olan vaxtda ölkəmizə səfərə dəvət edib.

İran prezidenti dəvətə görə minnətdarlığını bildirib.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam