Əflatun Amaşov beynəlxalq konfransa qatılacaq » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Əflatun Amaşov beynəlxalq konfransa qatılacaq

Əflatun Amaşov beynəlxalq konfransa qatılacaq

Müəllif: Anar
//
14 Kasım 2012
//
//

OXUNUB:262
Əflatun Amaşov beynəlxalq konfransa qatılacaq

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ukraynanın paytaxtı Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransa qatılacaq. Mətbuat Şurasından verilən məlumata görə konfrans noyabrın 16-dan 18-dək davam edəcək.

MDB və Avropanın bir sıra ölkələrindən olan media qurumları rəhbərlərinin iştirak edəcəkləri tədbirdə postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-in özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə ediləcək. Həmçinin medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında da fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, beynəlxalq konfransda MŞ sədri Ə. Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam