“Vipline” Göyçay filialının uğurları » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » “Vipline” Göyçay filialının uğurları

“Vipline” Göyçay filialının uğurları

Müəllif: Anar
//
03 Ağustos 2017
//
//

OXUNUB:411
“Vipline” Göyçay filialının uğurları

Müsahibimiz “Vipline” şirkətinin Göyçay filalının rəhbəri Günel Əhmədovadır.
“Vipline” şirkəti ilə ilk tanışlıq necə oldu?
“Vipline”şirkətinə qədər bir neçə firmalarla əməkdaşlıq etsəm də daim yenilik axtarışındaydım. Bu axtarış məni 2016-cı ilin oktyabr ayında “Vipline” şirkətinə gətirıb çıxartdı.
Şirkətdə sizi ən əsas nə cəlb etdi?
Digərlərindən fərqli olaraq, ayda 2-3 dəfə dəyişilən kataloqlar, yorucu və keçirilməsi getdikcə daha çox çətinləşən addımlar, qoyulan ballar “Vipline”-da yox idi. Ən üstün cəhət isə, distribütorlara verilən hədiyyələr üçün pul çıxılmırdı.
Şirkəti Göyçay rayonunda açmaqda sizə başlıca dəstəyi kim verdi?
Uzun illərdir, şirkətdə işləyən qrup rəhbəri Hüseynova Xatirə bu işdə mənə çox böyük köməklik etdi. Xatirə xanımla yanaşı həyat yoldaşımdan, ailəmdən çox böyük dəstək aldım.
Rayonda nə vaxtdan rəsmi filial kimi fəaliyyətə başladınız?
Filialımızın 2017 – ci ilin may ayının 21-də Atatürk prospekti ünvanında təntənəli açılış mərasimi oldu. Mərasimdə tanınmış sənət adamları, rayon ictimayyətinin nümayəndələri, KİV- əməkdaşları, iştirak edirdilər.
“Vipline” Göyçay filialının uğurları

Gördüyümüz işlər şirkət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildi İyulun 1-də Bakı şəhərində Hilton oteldə şirkətin 17 yaşı münasibətilə keçirilən illik konfransında sertifikat, şərəf kuboku və hədiyyə pul kuponu ilə təltif olunduq
“Vipline” şirkətinin Göyçay filialını ilk dəfə rayonda siz açdınız və artıq regionda rəsmi distribütorsunuz. Bu necə hissdir?
Möhtəşəm hissdir, sözlə ifadəsi çətindir, çünki, ilklər heç vaxt unudulmur, bundan sonra say çoxalsa da, biz artıq bir ilk olaraq, tarixə öz imzamızı atdıq.
Regionda filiallarınızı açmağı planlayırsınız?
Niyə də olmasın? Keyfiyyəti gördükcə, tələbat da artır. Yaxın müddətdə ətraf rayonlarda əgər belə təklif olarsa, məmnuniyyətlə dəyərləndirərik.
Biznes ledi olmağın, öz işini qurmağın avantajları nədir?
Bunu bütün xanımlara tövsiyyə edirəm. Çünki, öz pulunu qazanmaq, ailə büdcəsinə cüzi də olsa yardım etmək bütün qadınların arzusudur. Bu arzunu məhz “Vipline” şirkətində həyata keçirmək çox rahatdır. Ən əsas sərbəst iş qrafiki və azad qiymətləndirmə, evdən idarə olunan biznes şirkətin qadınlara təqdim etdiyi üstünlüklərdən biridir.
Sizə stimul verən həyat deviniz?
Bütün həyatım boyu məqsədlərimə çatmaq üçün bir devizim olub - “Məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daşlar içində də, qoruyar.” Bu cümləni M.P.Vaqif Şuşa şəhərinin müdafiəsi zamanı Ağa Məhəmməd şah Qacarın könüllü təslim təklifi haqdakı məktubuna verdiyi cavabdır.
Açıq bazar iqtisadiyyatıdır və təbii ki, rəqibləriniz qaçılmazdır. Özünüzə rəqib kimi görürsünüz?
Təbii ki, hər bir sahədə olduğu kimi, kosmetika məhsullarında da, rəqiblər günbəgün artır. Lakin, nə qədər artsa da, bizi üstələyən şirkət olmayacaq. Regionumuza gəldikdə isə, “Vipline” şirkətinin Göyçay filialı rəqibsizdir.
Rəqiblərinizə bir mesajınız varmı?
Sadəcə bir söz. Nə dəniz bir köpəyin ağzı ilə murdarlana bilər, nə də günəşi üfürməklə söndürmək olar.
“Vipline” kosmetik/məişət avadanlıqları ilə cəmiyyətdə qadınları təmin edir şübhəsiz ki. Əlavə olaraq cəmiyyətə nə yenilik gətirdi?
“Vipline” şirkəti brendi altında 30-dan çox firmanı özündə birləşdirir. Sanki, firmalar buketidir. Qadınlara əlçatmaz olan çoxsaylı firmanın məhsullarını ölkəmizə gətirdi Seçim çeşidlərini çoxaltdı. Bu müştərilərinə verdiyi dəyər idi. Distibütorları üçün isə, aylıq əməkhaqqı, təklif olunan yüksək faiz və saysız hədiyyələr bir yenilik oldu.
Müştəriləriniz sizdən həmişə razı qalır?
“Four Seasons” otellər şəbəkəsinin qurucusu İsadora Sharpın belə bir sözü var. “Bizim üçün ən vacib, müştərilərimizin və əməkdaşlarımızın əlaqələridir. Müştərilər adətən rəhbərliyi görmürlər. Onlar, ön cəbhədə işləyənlərlə qarşılaşırlar. Hər müştərimiz üç-yeddi arası əməkdaşımızı görür. Əgər bizim əməkdaşlarımız lazımi qaydada davranmırlarsa, biz müştərini itiririk. Amma əgər insan özünü dəyərləndirilən qonaq kimi hiss edirsə, əgər oteldə onun istəklərini bilirlərsə və hər xahişi dərhal qarşılanılırsa, o bizim daimi müştərimiz olur və öz dostlarına bizi tövsiyyə edir. Bu yanaşma, müvəffəqiyyətin zəmanətidir və tamamilə sıravı əməkdaşlarımıza bağlıdır.”
Xanımlara müraciətiniz?
Məqsədiniz əlçatmazdırsa, məqsədinizi dəyişməyin, hərəkət planınızı dəyişin. Əgər öz biznesinizi qurmaq yolunda, hər hansı bir firma tərəfindən aldanmısınızsa, gözləntilərinizi doğrultmayıbsa, sizi böyük məbləğdə zərərlə yarı yolda qoyublarsa “Vipline” şirkətinin Göyçay filialına qoşulun. Yaxın ətraf rayonunların Ucar, Zərdab, Kürdəmir, Ağsu, İsmayıllı, Şamaxı və Qəbələ sakinlərini bizimlə əməkdaşlığa dəvət edirik. Öz gözəliyinə və sağlamlığına dəyər verən xanımları gözləyirik!
Bizə vaxt ayırdığınıza görə sizə saytımız adından öz təşəkkürümüzü bildiririk. Bol müştəri, sağlam rəqabət arzulayırıq. Siz sağ olun.
“Vipline” Göyçay filialının uğurları
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam