Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində həyata keçiriləcək layihələrlə tanış olub » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində həyata keçiriləcək layihələrlə tanış olub

Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində həyata keçiriləcək layihələrlə tanış olub

Müəllif: Anar
//
22 Temmuz 2017
//
//

OXUNUB:353
Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində həyata keçiriləcək layihələrlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun

21-də Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək layihələrlə tanış olub.

Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verdi.

Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılan ərazidə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir. Səməd Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılan sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılıb. Rayonda müxtəlif nazirlik və komitələrin aidiyyəti struktur vahidlərinin yerləşdirilməsinə başlanıb. Artıq Rayon Polis Şöbəsinin müasir binası istifadəyə verilib. Baş plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub.

Məlumat verildi ki, Pirallahı qəsəbəsinin müfəssəl planlaşdırma layihəsinin 2033-cü ilədək həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, qəsəbədə 35 min sakinin məskunlaşması mümkün olacaq. Burada ümummilli lider Heydər Əliyevin həm “Neft daşları”na, həm də Pirallahıya səfərlərini əks etdirən fotostend də var. Belə ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə - 1979-cu ildə Pirallahı qəsəbəsinə də gəlib və buradakı bir sıra sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub.

Qeyd edildi ki, Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Rayonda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Mərkəzi yol boyunca müxtəlif landşaft kompozisiyaları düzəldilib, torpaq tökülərək yamaclar, təpələr qurulub, hamarlanma işləri aparılıb, qaya daşları, gül və kol bitkiləri ilə bəzədilib.

Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan ibarət olması buna daha çox zəmin yaradır. Pirallahı adasının sahil boyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər, idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubu yaradılması üçün əlverişli şərait var. Yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbə sakinlərinin, həmçinin turistlərin Heydər Əliyev prospekti ilə Bakının mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və digər qəsəbələrə rahat çıxışına imkan yaradır. Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgan və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranıb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam