Uşağınızın zərərli vərdişlərə meyil etməsin » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Uşağınızın zərərli vərdişlərə meyil etməsin

Uşağınızın zərərli vərdişlərə meyil etməsin

//
14 Kasım 2012
//
//

OXUNUB:313
Uşağınızın zərərli vərdişlərə meyil etməsin



Uşaqların dırnaq yemək vərdişini tərgitmək üçün onlara psixoloji dəstək vermək lazımdır.

Mütəxəssislər uşaqların barmaqlarına bibər, istiot və s. sürtmək, əllərini bağlamaq kimi cəza tədbirlərinin mənfi nəticələrə gətirib çıxaracağını bildirirlər.
Dırnaq yemək vərdişini doğuran səbəblərdən biri də ailədə baş verən problemlər, qorxu və stresdir.
Ata-anasına acığı tutan, məktəbdə sinif yoldaşları ilə problemləri olan, sevdiyi bir şeyi itirən, ailəsindən yaxud müəllimindən qorxan uşaqlarda dırnaq yemək vərdişi daha çox özünü göstərir. Bunun qarşısını almaq üçün elə ilk vaxtlardan müalicəyə başlamaq məsləhətdir. Bunun üçün isə problemin ortaya çıxmasına səbəb olan ilk faktoru aşkara çıxarmaq lazımdır. Digər tərəfdən, ata-analar bu xoşagəlməz davranışın altında yatan psixoloji səbəbləri öyrənib, lazımi tədbirlər görmək üçün psixoloqlara müraciət etməlidirlər. Həmçinin ata-analar ailədə elə şərait yaratmalıdırlar ki, uşaqda xoşagəlməz vərdişlər yaranmasın. Çünki valideynlər arasında vəziyyətin daha da gərginləşməsi uşağı psixoloji baxımdan daha ağır vəziyyətə sala bilər.
Bəzi valideynlər dırnaq yemək vərdişini tərgitmək üçün uşağın dırnaqlarına bibər, istiot sürtür və ya əllərini bağlayırlar. Ancaq seçilən bu cəza tədbirləri qəti qadağandır. Halbuki uşağın, dırnaq yemək kimi zərərli vərdişlərə meyilli olmaması üçün ailədə normal mühiti həmişə qoruyub saxlamaq lazımdır. Başlıcası isə valideynlər qanqaraçılığa, gərginliyə, uşağın psixologiyasına mənfi təsir göstərə biləcək hallara yol verməməlidirlər.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam