Azərbaycan Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edir

Azərbaycan Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edir

Müəllif: Anar
//
26 fevral 2017
//
//

Azərbaycan Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edir

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakı Dəniz Vağzalının qarşısından Xocalı abidəsinin qarşısınadək keçirilən yürüş başa çatıb.

Yürüşdə iştirak edən Azərbaycan prezidenti abidəni ziyarət edib, önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə güllər düzüblər.
Xəbər Lenti Giriş Populyar Reklam
Manatın YENİ MƏZƏNNƏSİ 19-10-2018, 18:03Manatın YENİ MƏZƏNNƏSİ