Normal yuxu cansağlamlığının rəhnidir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Normal yuxu cansağlamlığının rəhnidir

Normal yuxu cansağlamlığının rəhnidir

//
14 noyabr 2012
//
//

Normal yuxu cansağlamlığının rəhnidir


Əvvəllər alimlər yuxunun insan sağlamlığı və yaşamı ilə qarşılıqlı əlaqəsini yetərincə izah etmirdilər. lakin indi bu məsələ çox aktualdır. Alimlərin fikrincə 6-7 saatdan az yatan insanlarda müxtəlif xəstəliklərin əmələ gəlmə riski əhəmiyyətli dırəcədə artır. Bir çox insanların hətta yuxunun normal müddəti haqda anlayışları yoxdur.
Yuxu və əhval-ruhiyyə bir-biri ilə əlaqələdir. Bu əlaqə hələ indiyə kimi tam başa araşdırılmayıb. Amma doyunca yemək kimi, doyunca yatmağın da adama xeyiri var . Buna rəğmən aşağıdakıları bilmək maraqlıdır:
Normal yuxu xərçəng xəstəliyin qarşısını alır və ürək-damar xəstəliklərinin inkişaf ehtimalı azaldır;
Rahat yuxu qan təzyiqini stabil saxlayır;
Doyunca yatmaq insanlarda stresin aradan qaldırılmasına kömək edir;
Bəzi tədqiqatçılar yuxunun daha çox insan yaddaşına müsbət təsirini qeyd edirlər;
Hamımız bilirik ki qadınları daha çox narahat edən məsələ çəkidir. Tibb alimlərinin qənaətinə görə doyunca yuxu artıq çəkidən azad olmağa kömək edir.
Bir sözlə, normal yuxu cansağlığının rəjhnidir. Yuxunuz doyunca və şirin olsun.
Xəbər Lenti Giriş Populyar Reklam