Göyçayda Ailə,Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynovanın iştirakı ilə iclas keçirilib. » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Göyçayda Ailə,Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynovanın iştirakı ilə iclas keçirilib.

Göyçayda Ailə,Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynovanın iştirakı ilə iclas keçirilib.

Müəllif: Fatime_Movsum
//
27 yanvar 2017
//
//

27 yanvar 2017 -ci il tarıxındə saat 12 00 da Heydər Əliyev Mərkəzində Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin təşəbbüsü əsasında Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitə sədri Hicran Hüsynovanın iştirakı ilə Göyçay şəhərinin fəal qadınları ilə iclas keçirilib.İclasa giriş sözü ilə başlayan rayon icra başçısı Mehdi Səlimzadə öncə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə sədri Hicran Hüseynovanı və iclasda iştirak edənləri salamlayıb.
 O bildirib ki,Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmiz  ūzrə būtūn bölgələrdə nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Göyçayda  Ailə,Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynovanın iştirakı ilə iclas keçirilib.

 -Hörmətli xanımlar! Bildiyiniz kimi Respublikamızda və rayonumuzda Hicran xanımın təklifi ilə fəal qadınlarla görüş təşkil olunub.Biz bu gün buraya rayonumuzun fəal qadınlarının bir qismini toplamışıq.Təhsildə,səhiyyədə və digər sahələrdə rayonumuzun qadınları fəal iştirak edirlər.Rayonumuzda cəmi 117 min əhali var.Bunların 58 800 nəfərini qadınlar təşkil edir.13119 nəfəri ali təhsilli,46700 nəfəri orta təhsillidir.Təhsil sahəsində 2640 nəfər qadın çalışır.Müəllim vəzifəsində 1800 qadın,29 nəfəri direktor,34 nəfər direktor müavini,34 nəfər uşaq bağçası müdiri,bir nəfər Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəridir.Səhiyyədə 915 nəfər qadının,110 nəfəri həkim,20 nəfər rəhbər işçi vəzifəsində xidmət göstərir.300 nəfər qadın mədəniyyət işçisi var.Bunlardan 27 nəfəri rəhbər vəzifədədir.4500 qadın Yeni Azərbaycan Partiyasının üzvüdür.95 nəfər qadın bələdiyyə seçkilərində üzv seçilib.5 nəfər sədr,iki qadın inzibati ərazi nümayəndisidir.Rayonumuzda 5 nəfər qadın dövlət mükafat təltifi ilə mükafatlandırılıb.
 Daha sonra söz Ailə Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynovaya verilib.Hicran xanım çıxış edərək bildirib ki,əsas bizim görüşlərimizin məqsədi qadınlarımızın yüksək səviyyədə maarifləndirlməsi yolunda təşəbbüslərin artırılmasıdır.
 -Mən pezidentimiz cənab İlham Əliyevə bizə bu şəraiti yaratdığı üçün xüsusi təşəkkür edirəm.Rayonlarda qadın və qızlar işlə təmin olunmaq istəyirlər.Bizə olunan müraciətlərə əsasən Azərbaycanda bu istiqamətdə işlər görülür.Hal-hazırda bütün dünyada iqtisadi böhran dövrüdür.Ulu öndərin siyasi təməli nəticəsində ölkəmizdəki əmin-amanlıq və sabitlik ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır.Azərbaycan qadını öz ailə modeli ilə digər ölkələrdən fərqlənir.Məqsədimiz,dünya müsəlman qadınlarının diqqətinə heç də onların düşündükləri kimi qadınlarımızın savadsız, terrorçu,cahil olmadığını bəyan etməkdir.Azərbaycanda gender bərabərliyi əsla feminizmlə əvəzlənməyəcəkdir.Kişi və qadın bir- birilərinə qarsiliqli hörmət bəsləməlidirlər.
 Sonda Hicran xanım rayon icra başçısı Mehdi Səlimzadəyə təşəkkür edib və fəal qadınların sual və istəklərini dinləyib.

Fatimə Mövsüm
Xəbər Lenti Giriş Populyar Reklam