“Nicat” Təhsil Mərkəzi “Bilik yarışı”nın qaliblərini mükafatlandırdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Nicat” Təhsil Mərkəzi “Bilik yarışı”nın qaliblərini mükafatlandırdı

“Nicat” Təhsil Mərkəzi “Bilik yarışı”nın qaliblərini mükafatlandırdı

Müəllif: Anar
//
27 Ocak 2017
//
//

“Nicat” Təhsil Mərkəzi “Bilik yarışı”nın qaliblərini mükafatlandırdı

Bu gün “Nicat” Təhsil Mərkəzi “Bilik yarışı”nın qaliblərini mükafatlandırma mərasimi keşirildi. Tədbir Masazır kənd 4 saylı tam orta məktəbin akt zalında təşkil olunmuşdur. Mükafatlandırma mərasimində paytaxt və rayon təhsil ocaqlarının şagirdləri iştirak edirdi.
“Nicat” Təhsil Mərkəzində 18 dekabr 2016- cı il tarixində 9, 10, 11- ci siniflərə, 24 dekabr tarixində isə 8- ci siniflərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Bilik yarışı” təşkil olunub.
Bu “Bilik yarışı”nda Bakı şəhərinin və Abşeron rayonunun məktəblərinin şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışmada yüzlərlə şagird iştirak etmişdir. Bu gün yarışda yüksək nəticə göstərmiş şagirdlərin mükafatlandırma mərasimi təşkil olunub.
Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı Yaydagül Rəhimova, Abşeron informasiya agentliyinin rəhbəri Anar Nağıyev, Masazır kənd 1 saylı tam orta məktəbin direktoru Etibar Orucov, Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktor müavini Rasim müəllim, valideynlərdən Oqtay İbrahimli və Süleyman Əliyev, Nicat kursunun rəhbəri Ceyhun Nuriyev çıxış edib və şagirdlərə tövsiyələrini veriblər.
Tədbirdə kursun məzunlarından Məhərrəm Nuri və Sara İbrahimli tədbirin təşkilatçılığında fəal iştirak ediblər. Tədbirdə himnimiz səsləndikdən sonra “Nicat Təhsil Mərkəzi” haqqında videoçarx nümayiş etdirildi. Yarışmanın qalibi 10-cu sinif şagirdi 663 balla Fərid İbrahimli olub. 11-ci siniflər arasında birinci yeri 639 balla Murad Quliyev, 9-cu siniflər arasından birinci yeri 619 balla Aytac Əsgərova, 8-ci siniflər arasında birinci yeri 64,3 balla(100 bal üzərindən) Sərvinaz Hacıyeva tutublar. Ümumilikdə 60 nəfər şagird mükafata layiq görülüb.
Sonda qeyd edək ki, Nicat Təhsil Mərkəzi 2014-ci il oktyabr ayından Masazır dairəsi yaxınlığında fəaliyyətə başlayıb. Təhsil Mərkəzinin əsas istiqaməti abituriyent hazırlığıdır.Amma bununla yanaşı 5- 8- ci siniflər üçün təkmilləşdirmə kursları, ibtidai və məktəbəqədər hazırlıq, şəhadətnamə və kolleclərə hazırlıq, xarici dillər, magistratura və dövlət qulluğuna hazırlıq, kompyuter və dil kursları olaraq şagirdlərin xidmətindədir.

Xəbər Lenti Giriş Populyar Reklam