"Reket"lərin həbsinə reaksiya - "Cəzalarını alacaqlar" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Reket"lərin həbsinə reaksiya - "Cəzalarını alacaqlar"

"Reket"lərin həbsinə reaksiya - "Cəzalarını alacaqlar"

Müəllif: Anar
//
07 dekabr 2016
//
//

"Reket"lərin həbsinə reaksiya - "Cəzalarını alacaqlar"

"Azərbaycan Mətbuat Şurası yarandığı gündən media məkanındakı neqativ hallara, sui-istifadələrə qarşı mübarizə aparır. Bu məqsədlə "Reket juranlistika"ya qarşı mübarizə Komissiyasını yaratmışıq".

Bunu azvision.az-a Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, komissiyanın rəyləri əsasında peşə prinsiplərinə etinasız yanaşan kütləvi informasiya vasitələrinin adları "qara siyahı"ya daxil edilir:

""Qara siyahı" mütəmadi olaraq yenilənir və bu barədə cəmiyyətə məlumat verilir. Əlbəttə, "reket jurnalist" deyilərkən biz məsələnin hüquqi tərəfləri üzərində dayanmırıq. Ancaq o da nəzərə alınmalıdır ki, belə kütləvi informasiya vasitələrinin "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na sayğısızlığı həm də hüquqi müstəvidə dəyərləndirilə bilən hadisədir. Bu cür şübhələrimiz olduğu təqdirdə müvafiq materialları hüquq-mühafizə orqanlarına təqdim edirik. Tədbirlərimiz ictimai qınağa əsaslanır. Barəsində Mətbuat Şurasına şikayət edilən nəşrin peşə prinsiplərinin hansı bəndlərini pozduğu diqqətə çatdırılır və məsələ bu qaydada ictimailəşir. Ancaq təcrübə göstərir ki, bir çox hallarda ictimai qınaq tədbiri yetərsiz olur"

MŞ sədri qeyd edib ki, "Bizim dövr" və "Gündəlik Bakı" qəzetlərinin baş redaktorları və onlarla birgə müxtəlif şəxslər saxlanılıb: "Hazırda məsələ araşdırılmaqdadır. Konkret nəticəyə araşdırmanın yekunlarından sonra gəlmək mümkündür. Əgər sözügedən şəxslər, həqiqətən də, qanunları pozublarsa, müvafiq qaydada məsuliyyət daşımalıdırlar. Peşə prinsiplərinə etinasızlıqlarına gəldikdə, onu deyə bilərəm ki, onların rəhbərlik etdikləri media orqanları barədə şikayətlər indinin özündə də az deyil".

-----------

14:26

"Hazırda 70-dən çox mətbu orqanının adı "qara siyahı"mızdadır".

Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov qafqazinfo-ya "reket" jurnalistlərin həbsi ilə bağlı açıqlamasında deyib. MŞ sədri bildirib ki, qurum yaranan gündən media ilə cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə xidmət edir:

"Hər il KİV nümayəndələri ilə bağlı xeyli sayda şikayət daxil olur. Bu şikayətlərin böyük bir qismi reketyönlü, qorxutma, şantajetmə xarakterlidir. Bu müraciətlər araşdırılır və müəyyən qərarlar verilir. Artıq Şura Azərbaycan jurnalistləri qurultayında media nümayəndələrinin xahişi ilə yeni bir komitə yaratdı: "Reket" jurnalistikaya qarşı mübarizə komitəsi.

Bəzi mətbu orqanlar var ki, insanlar haqqında həqiqətə uyğun olmayan məlumatlar verir, onların şərəf və ləyaqətini alçaldır. Bu səbəbdən şura "qara siyahı" tərtib edib və bu siyahıda 70-dən çox mətbu orqanın adı var. Onlardan bəziləri bir müddət sonra nəşrlərini bağlayıb yeni adla sayt və ya qəzet tərtib ediblər. O ki qaldı son zamanlar baş verən hadisələrə, hazırda müəyyən araşdırma işləri aparılır. Əgər həqiqətən də onlar "reket"lik fəaliyyəti ilə məşğul olurlarsa, öz cəzalarını alacaqlar. Ümumiyyətlə, medianı saflaşdırmaq dövrün tələbidir".

Ə.Amaşov qeyd edib ki, baş verən hadisələr heç bir vəchlə mətbuat azadlığının məhdudlaşdırılması adlandırıla bilməz. Bu mətbu orqanların fəaliyyəti artıq jurnalistika müstəvisindən çıxıb cinayət müstəvisində araşdırılmalı, hər hansı bir tədbir görülməlidir.
JamesFrese 6 aprel 2017 09:45
Может кому надо отдам по дешевке Перейти
https://goo.gl/wPVx0P

Oksinep 3 mart 2018 22:21
вполне достаточно посетить чтоб узнать газобетон ціна, https://pp-budpostach.com.ua/g1055642-lvovskaya-oblast-lvvska
и обнаружить прочую ценную информацию, детальную и достоверную.

Israelven 6 mart 2018 12:17
<a href=https://youtu.be/wEsH_oyzt_c>покрасочная камера купить</a>

Xəbər Lenti Giriş Populyar Reklam