Vətənpərvərlik mövzusunda yeni layihə » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Vətənpərvərlik mövzusunda yeni layihə

Vətənpərvərlik mövzusunda yeni layihə

Müəllif: Fatime_Movsum
//
01 dekabr 2016
//
//

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Turizm və Təhsilin İnkişafına Dəstək İctimai Birliyi "Bakı şəhərindəki orta məktəblərdə vətənpərvərliyin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsini həyata keçirir.

 

İctimai Birliyin mətbuat katibliyindən bildirilib ki, layihə çərçivəsində ilk tədbir 182 saylı məktəbdə təşkil edilib. Tədbirdə məktəbin məzunu, şəhid Emin Bağırovun Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıqdan söhbət açılıb. Eyni zamanda, şəhid Fəxrəddin Qurbanlının da xatirəsi yad edilib. Şəhidin atası Seyfəddin Qurbanlı bildirib ki, Azərbaycan Universiteti şəhid məzunu Fəxrəddin Qurbanlı adına təqaüd təsis edib.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər, kompozisiyalar təqdim ediblər.

Layihə çərçivəsində növbəti tədbir isə Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə məktəblilər arasında "Şəhidlər ölməz, vətən bölünməz!” mövzusunda inşa və rəsm müsabiqəsi elan olunub.

Layihəyə dekabrın 20–də yekun vurulacaq.

Xəbər Lenti Giriş Populyar Reklam