Fransada fövqəladə vəziyyət prezident seçkilərinə qədər davam edəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Fransada fövqəladə vəziyyət prezident seçkilərinə qədər davam edəcək

Fransada fövqəladə vəziyyət prezident seçkilərinə qədər davam edəcək

Müəllif: Fatime_Movsum
//
16 Kasım 2016
//
//

Fransa Prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyətin 2017-ci ildə keçiriləcək prezident seçkilərinə qədər davam edəcəyini açıqlayıb.

 

 "France 24” kanalına istinadla xəbər verilir ki, Fransa Prezidenti ölkədə fövqəladə vəziyyətin gələn ilin aprel və may aylarında keçiriləcək iki mərhələli prezident seçkilərinə qədər uzadılacağını deyib.

"Fövqəladə vəziyyətin prezident seçkilərinə qədər uzadılmasını istəyirəm. Terror təhlükəsinə qarşı fövqəladə tədbirlər görməyə ehtiyacımız var. Həmçinin qarşıdakı həftələrdə seçki kampaniyaları başlayacaq. Toplantılar və mitinqlər keçiriləcək. Hökumətin fövqəladə vəziyyətin uzadılması ilə bağlı təklifi ölkə Parlamentinə təqdim olunacaq”, - deyə F.Olland bildirib.

Xatırladaq ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisin müxtəlif yerlərində törədilən terror aktlarından sonra ölkədə ilk dəfə fövqəladə vəziyyət elan edilmişdi.


 

Xəbər Lenti Giriş Populyar Reklam