Ötən gün qeydə alınmış 77 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ötən gün qeydə alınmış 77 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılıb

Ötən gün qeydə alınmış 77 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılıb

Müəllif: Fatime_Movsum
//
15 Kasım 2016
//
//

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 77 cinayət faktından 30-nun üstü "isti izlər”lə açılıb.

 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər tutulub.

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam