Şotlandiya parlamentinin üzvləri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıblar » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Şotlandiya parlamentinin üzvləri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıblar

Şotlandiya parlamentinin üzvləri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıblar

Müəllif: Fatime_Movsum
//
10 Kasım 2016
//
//

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və Milli Məclisin deputatı Cavanşir Feyziyev Şotlandiyada səfərdə olublar. Səfər çərçivəsində Şotlandiya regional parlamentinin sədri Ken Makintoş və parlamentdə təmsil olunan siyasi partiyaların aparıcı üzvləri ilə görüş keçirilib.


Görüşlərdə Azərbaycan-Şotlandiya əlaqələri, xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, Şotlandiyadakı Azərbaycan icmasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər potensialın olduğu vurğulanıb. Parlamentlərarası əlaqələrin gücləndirilməsi və təmasların artırılması mövzusunda razılıq əldə olunub.

Görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb. Münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarının cari vəziyyəti haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, münaqişə nəticəsində bir milyondan çox soydaşımız ölkəmizdə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.

Səfir T.Tağızadə Şotlandiya parlamentinin xatirə kitabına ürək sözlərini yazıb.

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam