Yeni nəşrdə Ermənistanın “qədim tarix” kitablarının saxta və uydurma olduğu elmi əsaslarla sübuta yetirilir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Yeni nəşrdə Ermənistanın “qədim tarix” kitablarının saxta və uydurma olduğu elmi əsaslarla sübuta yetirilir

Yeni nəşrdə Ermənistanın “qədim tarix” kitablarının saxta və uydurma olduğu elmi əsaslarla sübuta yetirilir

Müəllif: Fatime_Movsum
//
29 Ekim 2016
//
//

Bu günlərdə professor Əjdər Tağıoğlunun (İsmayılovun) "Erməni xalqının saxta "tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part / Parfya) mifoloji və filoloji tarixidir” seriyasından "Moisey Xorenatsi anonim keşiş müəllifdir” adında kitabı "Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb.

 

Müəllif kitabda kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məhşur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən "erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin "erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş "Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları "qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.


 

Xəbər Lenti Giriş Populyar Reklam