Sumqayıtın su təchizatı yaxşılaşdırılır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sumqayıtın su təchizatı yaxşılaşdırılır

Sumqayıtın su təchizatı yaxşılaşdırılır

Müəllif: Anar
//
13 Kasım 2012
//
//

Sumqayıtın su təchizatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalini içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Cəmiyyətin mətbuat xidmətindən Tədbirlər planına uyğun olaraq Sumqayıt şəhərində təmir-bərpa, əsaslı yenidənqurma işləri aparılır.

Cari ilin yanvar-oktyabr aylarında Sumqayıt şəhərində müxtəlif diametrli borularla 6,7 km uzunluğunda yeni şəbəkədaxili su xətti çəkilib, uzun müddət istismarda olan 8,5 km uzunluğunda su xətləri isə yeniləri ilə əvəzlənib. Şəhər əhalisini dayanıqlı içməli su ilə təmin etmək məqsədi ilə “Sumqayıt Sukanal” İdarəsi tərəfindən 121 ədəd siyirtmə yenisi ilə əvəzlənib, 720 nasos təmir edilib. Ötən müddətdə Sumqayıt şəhərində əhali və qeyri-əhali abunəçiləri üzrə 7 mindən çox su sayğacı quraşdırılıb.

Qeyd edək ki, “Sumqayıt Sukanal” İdarəsi Sumqayıt şəhəri, H.Z.Tağıyev və Corat qəsəbələri üzrə 81 mindən çox abunəçiyə xidmət göstərir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam