Azərbaycan prezidenti MTN-in hərbi hospitalının açılışında iştirak edib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Azərbaycan prezidenti MTN-in hərbi hospitalının açılışında iştirak edib

Azərbaycan prezidenti MTN-in hərbi hospitalının açılışında iştirak edib

Müəllif: Anar
//
12 Kasım 2012
//
//

OXUNUB:351
Azərbaycan prezidenti MTN-in hərbi hospitalının açılışında iştirak edib
Noyabrın 12-də prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında iştirak edib.

AzərTAc-ın verdiyi məlumata görə, Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini açıb. Sonra dövlət başçısı hospitalın rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Milli təhlükəsizlik naziri Azərbaycan prezidentinə məlumat verib ki, yeni tikilmiş hərbi hospitalda quraşdırılan avadanlıq tibbin ən son nailiyyətlərinə əsaslanır. Müasir texniki baza ilə təchiz olunan hərbi hospitalın istifadəyə verilməsi həm də Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının sosial məsələlərinin həllində mühüm əhəmiyyət daşıyır. Tibb ocağında yaradılan müasir şərait bütün növ ağır cərrahi əməliyyatları aparmağa, müayinə və müalicə işlərini ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Qeyd edildi ki, 150 çarpayılıq hospitalda poliklinika, klinik laboratoriya, əməliyyat, reanimasiya və intensiv terapiya bloku, anqioqrafiya, radiologiya, endoskopiya şöbələri yaradılıb. Burada respublikada ilk dəfə olaraq tibbi oksigen istehsal edən generatorlar qurulub. Bununla yanaşı, binada pnevmatik poçt və tibbi tullantıların zərərsizləşdirilməsi və utilləşdirilməsi avadanlıqları quraşdırılıb.

Prezident İlham Əliyevə məlumat verilib ki, hospital binasının ümumi sahəsi 34 min 500 kvadratmetrdir. İki yeraltı, yeddi yerüstü mərtəbədən ibarət binanın damında ölkəmizdə ilk dəfə olaraq beynəlxalq tələblərə cavab verən helikopter meydançası inşa edilib. Tibb ocağında yeraltı avtomobil parkı da yaradılıb.

Hospitalda yaradılmış şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları və tibb ocağının kollektivi ilə görüşüb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam