Şəkidə “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Şəkidə “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başlayıb

Şəkidə “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başlayıb

Müəllif: Anar
//
27 Haziran 2016
//
//

Şəkidə “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başlayıb

Iyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başlayıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Yaponiya, Türkiyə, İran və türkdilli ölkələrdən gəlmiş musiqi və rəqs kollektivləri, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.

Bu dəqiqələrdə Şəki şəhərindəki Yay teatrında festivalın təntənəli açılış mərasimi keçirilir. Mərasimdə festivalın təşkilatçı qurumlarının, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak edirlər.

Rəsmi hissədən sonra TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri və türkdilli ölkələrin solistləri geniş konsert proqramı ilə çıxış edəcəklər.
Xəbər Lenti Giriş Populyar Reklam