Rusiyada Azərbaycan və erməni diasporunun görüşü təxirə düşdü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Rusiyada Azərbaycan və erməni diasporunun görüşü təxirə düşdü

Rusiyada Azərbaycan və erməni diasporunun görüşü təxirə düşdü

Müəllif: Anar
//
12 Kasım 2012
//
//

Rusiyada Azərbaycan və erməni diasporunun görüşü təxirə düşdü
Rusiyada Azərbaycan və erməni diasporu arasında noyabrın 16-na təyin olunan görüş təxirə salınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, “Azərros” – Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovla Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan arasında görüş dekabrın əvvəllərində keçiriləcək. Noyabrın 16-a təyin olunan görüşün təxirə salınmasının səbəbi Söyün Sadıqov və Ara Abramyanın Moskvada olmamasıdır.

Diaspor rəhbərləri dekabrda daha geniş tərkibdə görüş keçirməyi qərara alıblar. Görüşdə keçiriləcək birgə tədbirlərin planı hazırlanacaq.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam