Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb, 800 nəfər xəsarət alıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb, 800 nəfər xəsarət alıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb, 800 nəfər xəsarət alıb

Müəllif: Anar
//
16 aprel 2016
//
//

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb, 800 nəfər xəsarət alıb

Yaponiyada baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 800-dən çox insan xəstəxanalara yerləşdirilib, dağıntılar var.

Kumamoto prefekturasında yeraltı təkanlar torpaq sürüşməsinə səbəb olub, 11 nəfərin itkin düşdüyü bildirilir. Hazırda hadisə yerində xilasedici işlər davam etdirilir.

Təbii fəlakət nəticəsində 200 minədək ev elektrik enerjisiz qalıb, 100 min evin qaz təchizatı dayandırılıb.

Aprelin 15-də Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə zəlzələ baş verib. Bir gün əvvəl isə ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, dağıntılar var.
Xəbər Lenti Giriş Populyar Reklam