Qəbələdə keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə zona yarışının qalibləri məlum olub » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Qəbələdə keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə zona yarışının qalibləri məlum olub

Qəbələdə keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə zona yarışının qalibləri məlum olub

Müəllif: Anar
//
30 Mart 2016
//
//

Qəbələdə keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə zona yarışının qalibləri məlum olub
Qəbələ rayonunda gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə VIII Azərbaycan çempionatının zona yarışı təşkil edilib.Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan zona seçim mərhələsinin açılış mərasimində çıxış edənlər Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyini bildirib, respublikada dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışıblar. Diqqətə çatdırılıb ki, “Xəmsə” Milli İntellektual Oyununun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların bilik və bacarıqlaını artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Çıxışlardan sonra yarışlara start verilib. Çempionatın zona mərhələsində Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının komandaları iştirak ediblər. Yaşı 18-dən 29-dək olan gənclər öz bilik və bacarıqlarını, intellektual səviyyələrini sınayıblar. Sonda Balakən rayon komandası I yerə, Qəbələ rayon komandası II yerə və Qax rayon komandası isə III yerə çıxıb. Hər üç komanda VIII Azərbaycan çempionatının Gəncə şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Xəbər Lenti Giriş Populyar Reklam