Bu ilin iki ayında Azərbaycan əhalisi ərzaq məhsullarına 2,2 mlrd. manat xərcləyib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu ilin iki ayında Azərbaycan əhalisi ərzaq məhsullarına 2,2 mlrd. manat xərcləyib

Bu ilin iki ayında Azərbaycan əhalisi ərzaq məhsullarına 2,2 mlrd. manat xərcləyib

Müəllif: Anar
//
29 mart 2016
//
//

Bu ilin iki ayında Azərbaycan əhalisi ərzaq məhsullarına 2,2 mlrd. manat xərcləyib

2016-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,2% artaraq 4,3 mlrd. manat olub. "APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistikada bildirilir.

2016-cı ilin ilk iki ayında pərakəndə şəbəkədə satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2015-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 5,5% üstələyərək 2 mlrd. 150 mln. manata çatıb.

Ticarət dövriyyəsi 2 mlrd. 108,2 mln. manat təşkil edən qeyri-ərzaq məhsulları üzrə satışın dəyəri isə 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3% çox olub.

Hesabat dövründə hər bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 109,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.

2016-cı ilin yanvar-fevral aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,2%-i
toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Xəbər Lenti Giriş Populyar Reklam