Vasif Talıbov Naxçıvanda kənd təsərrüfatı məhsullarının sığortalanması barədə tapşırıq verib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Vasif Talıbov Naxçıvanda kənd təsərrüfatı məhsullarının sığortalanması barədə tapşırıq verib

Vasif Talıbov Naxçıvanda kənd təsərrüfatı məhsullarının sığortalanması barədə tapşırıq verib

Müəllif: Anar
//
29 mart 2016
//
//

Vasif Talıbov Naxçıvanda kənd təsərrüfatı məhsullarının sığortalanması barədə tapşırıq verib

Naxçıvan Muxtar Respublikası Aldi Məclisinin sədri Vasif Talıbov muxtar respublikada kənd təsərrüfatı məhsullarının sığortalanması barədə tapşırıq verib.

APA-nın məlumatına görə, V. Talıbov bu gün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar səyyar müşavirədə deyib ki, kənd təsərrüfatı məhsullarının sığortalanması vacib məsələdir.

Ali Məclis sədri nəzərə çatdırıb ki, artıq ölkəmizdə bu sahə üzrə müvafiq qanunvericilik bazası yaradılıb: “Muxtar respublikada da əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanması təmin edilməlidir. Bundan başqa aid təşkilatlar kənd təsərrüfatı yönümlü kreditlərin verilməsinə, kiçik fermer təsərrüfatlarının yaradılmasına köməklik göstərməli, bu məqsədlə layihələr hazırlanmalıdır. Torpaqlardan düzgün istifadə kənd təsərrüfatının inkişafında başlıca şərtdir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada torpaqlar özəlləşdirilib. Ona görə də torpaqlardan təyinatına uyğun istifadə olunmalı, qanunsuz istifadənin qarşısı alınmalıdır. Kənd təsərrüfatı sahəsində nəticə əldə etmək üçün aid təşkilatlar tərəfindən kompleks tədbirlər görülməlidir”.

V. Talıbov vurğulayıb ki, müasir suvarma metodlarından istifadə, əkin sahələrinə suyun qrafik əsasında verilməsi təmin edilməli, şoranlaşmanın qarşısı alınmalı və su itkisinə yol verilməməlidir: “Əkinçilikdə məhsuldar toxum sortlarından və mütərəqqi əkin üsullarından istifadə diqqət mərkəzində saxlanılmalı, muxtar respublikanın iqlim şəraitinə uyğun qədim toxum sortları bərpa olunmalıdır”.
Xəbər Lenti Giriş Populyar Reklam