8 Mart Beynəlxalq Qadınlar gününə aid bilgi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » 8 Mart Beynəlxalq Qadınlar gününə aid bilgi

8 Mart Beynəlxalq Qadınlar gününə aid bilgi

Müəllif: Anar
//
07 mart 2016
//
//

8 Mart Beynəlxalq Qadınlar gününə aid bilgi

8 Mart Beynəlxalq Qadınlar gününə aid bilgi

8 Mart — qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin «qadın bayramı»nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq.

Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (o, ailə ocağının qoruyucusu hesab olunurdu) məbədinə gəlirdilər.
8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır (Setkin (Zetkin). Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau — Saksoniya vilayətində anadan olub). Kənd müəllimi H.Eysnerin ailəsində dünyaya gəlib. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi.
Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş gününə nail oldular. ABŞ-ın bir çox müəssisələrində «həmkarlar ittifaqı» təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni «həmkarlar ittifaqı» təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq «seçki» hüququnu tələb edirdilər.
1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak etdilər. «Seçmə və rəhbər vəzifələri tutma hüququ»ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə hüququnu da tələb edirdilər.
Rusiyada ilk beynəlxalq qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olundu.
Növbəti il Avropada 8 mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə çıxış etdilər.
1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə çıxdılar. 4 gün sonra II Nikolay taxtdan düşdü. Müvəqqəti hökumət qadınlara seçmə hüququnu zəmanət etdi. Bu hadisə 8 mart tarixinə təsadüf etdi.
Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur.
Beynəlxalq qadınlar günü Sovetlər hakimiyyətinin ilk illərindən dövlət bayramı kimi qeyd olunmağa başlandı. 1965-ci ildən isə bu gün artıq iş günü hesab olunmurdu. Tədricən beynəlxalq qadınlar günü öz siyasi mahiyyətini itirməyə başladı. 1977-ci ildə BMT 8 martı «Beynəlxalq Qadınlar Günü» kimi elan etdi və bunula da «mübarizə» sözü bayramın adından götürüldü, bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü.
Sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 mart bir çox postsovet ölkələrində bu günə qədər qeyd olunur. Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Belarusda keçirilir. Həmçinin Azərbaycan da müstəqillik əldə etdikdən sonra bayram öz mahiyyətini qoruyub saxladı.
Bu gün güclü cinsin nümayəndələri ətrafdakı qadınlara diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər. Qadınlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılır.
8 Mart Novruzdan öncə ölkəmizdə qeyd olunan yaz bayramıdır. Bu gün yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan qadın kimi hiss edir.

8 mart qadınlar günü!

Bugün dünyanın ən gözəl, ən dəyərli və əlbəttə ki, ən saf varlıqları olan xanımların Bayramıdır. Əlbəttə, 8 mart günündə qadınlara tərif yağdırmaq doğru deyil, çünki xanımlar ilin 365 günü əslində tərifə layiqdir. Mən başda öz ailəmdə və ətrafımda olan xanımlar olmaqla, butün bloq oxucularımız olan xanımların 8 mart beynalxaq qadınlar gününü təbrik edirəm! Düşünürəm ki, xanımlar nəyin ki, bizim dünyaya gözəllik, mehribançılıq, xoş hisslər, həmçinin müdriklik və ağıllı düşüncə bəxş edir. Əziz bloqumuzun oğlan oxucuları… düşünrəm ki, Siz ətrafımızda olan xanımların verdikləri dəyəri düzgün başa düşürsünüz…
Bügün hər bir Azərbaycan xanımı, tam olaraq dərk edir ki, onların üzərinə necə böyük məsuliyyət düşür. Bəli, bəli. Bugün sözün həqiqi mənasında xanım olmaq çətindir. Çünki, istər cəmiyyətimizdə, istər ətrafımızda olan hadisələr insani dəyərləri qorumağın necə çətin olmasını sübüt edir. “Xanım” sözünün etimaloqiyası haqqında çox maraqlı bir əfsanə yadıma düşdü. İstəyirəm bu əfsanəni danışmaqla Azərbaycan xanımlarının necə dəyərli olduqlarını bir daha ifadə edim. Deməli…
… keçmiş zamanlarda son dərəcə müdrik və xalq tərəfindən sevilən bir xan var emiş. Onun verdiyi qərarlar, atdığı addımlar insanların rifahını, xalqın güzəranı yaxşılaşdırarmış. Hər dəfə əhali, saray əhli xanı gördükdə “Bizim xanımız, xanım” deyə xana tərif yağdırarmış.
Bu xanın bir arvadı var emiş və xan butün dövlət qərarlarında onunla məsləhətləşib hərəkət edərmiş. Xanın ömür-gün yoldaşı olan bu qadının dedikləri o qədər doğru, o qədər müdrik olurmuş ki, xan ona deməmiş heç bir dövlət işi görməzmiş. Saray əhli, əhali xana sitayiş edəndə, qadını dahada sevinərmiş.
Günlərin bir günü xan yənə öz ömür-gün yoldaşı ilə xalqı ziyarət etməyə gedir. Hər dəfə olduğu kimi, hamı xana “Xanım, xanımız” deyə sitahiş edir. Bu zaman xan deyir: “Eh xalqım… Siz məni verdiyim qərarlara görə sevirsiniz və mən bugün Sizə bir sirr açmaq istəyirəm. Siz mənə “xanım” deyə müraciyyət edirsiniz, amma bilin ki, mənim verdiyim bütün gərarların arxasında bax bu qadın, mənim ömür-gün yoldaşım durur. Sizin xanınız mən olsamda, mənim xanım bu qadındır. Bugündən etibarən bu qadına – xanım, deyin!”.
Əziz oxucu, bu hadisədən sonra butün əhali xanın qadınına “xanım” deyə müraciyyət edir və o gün-bugün zərif cinsin nümayəndələrini “xanım” deyə müraciyyət etmək “moda”minir. Amma burda son dərəcə incə və vacib məsələ var. Ən müdrik qadını belə – xanım edən onun xanı və ya kişisi olur, olmalıdır.
Düşünürəm ki, gördüyü işdən, etdiyi əməllərdən asılı olmayaraq istənilən qadının ən böyük adı və titulu – xanımdır, məhz xanın, öz xanının xanımı!
Bir daha 8 mart qadınlar günü münasibəti ilə zərif cinsin nümayəndələrini ürəkdən təbrik edirəm!
Xəbər Lenti Giriş Populyar Reklam