Şəkidə yeni açılan ticarət mərkəzində 1500-dək iş yeri yaradılacaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Şəkidə yeni açılan ticarət mərkəzində 1500-dək iş yeri yaradılacaq

Şəkidə yeni açılan ticarət mərkəzində 1500-dək iş yeri yaradılacaq

Müəllif: Anar
//
02 Mart 2016
//
//

Şəkidə yeni açılan ticarət mərkəzində 1500-dək iş yeri yaradılacaq

Şəki şəhərinin Salman Mümtaz küçəsində yeni istifadəyə verilən ticarət mərkəzi tam gücü ilə fəaliyyət göstərdikdə burada 1500-dək iş yerinin açılması nəzərdə tutulur.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə ticarət mərkəzinin açılışında məlumat verilib.

Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə çıxış edən icra hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, hər yerdə olduğu kimi, Şəki rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, təkcə 2016-cı ilin əvvəlindən rayonda 700-dək yeni iş yeri açılıb. Yeni istifadəyə verilən bu ticarət mərkəzində də 1500 nəfərə yaxın sakin işlə təmin olunacaq.

Mərasimdə obyektin sahibi, iş adamı Rüfət İbrahimov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına göstərilən qayğıya görə şəkili sahibkarlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Ticarət mərkəzində avtomobillərin saxlanması üçün dayanacaq da inşa edilib. Əraziyə asfalt örtüyü döşənib, kommunikasiya xətləri quraşdırılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam