2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə bir sıra layihələr icra olunacaq » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə bir sıra layihələr icra olunacaq

2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə bir sıra layihələr icra olunacaq

Müəllif: Anar
//
02 Mart 2016
//
//

OXUNUB:226
2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə bir sıra layihələr icra olunacaq
2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə bir sıra layihələr icra olunacaq

Prezident İlham Əliyev son beş ildə Gəncəyə 5 dəfə səfər edib. Dövlətimizin başçısının hər gəlişi gəncəlilərə yeni stimul verib, mühüm layihələrin həyata keçirilməsinə və genişmiqyaslı quruculuq işlərinin aparılmasına zəmin yaradıb, şəhərin görkəmi başdan-başa dəyişib. Məhz buna görə hər bir şəhər sakini dövlətimizin başçısına minnətdardır.

"Respublika xəbərləri" qəzeti xəbər verir ki, bu sözlər Gəncə şəhərinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilib.

Prezident İlham Əliyevin Gəncəyə səfərindən, eləcə də 2015-ci ildə qazanılmış uğurlardan bəhs edən videoçarxın nümayişindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsi ilə çıxış edib.

İcra hakimiyyətinin başçısı deyib ki, 2015-ci il dünyada iqtisadi böhranla müşayiət olunsa da, Azərbaycan üçün ötən ili bütün sahələrdə hərtərəfli inkişaf və tərəqqi, eyni zamanda, vətəndaşlara qayğı və diqqətin daha da artırılması ili kimi dəyərləndirmək olar. Bunu Gəncənin də timsalında görmək mümkündür. Belə ki, əvvəllər olduğu kimi, 2015-ci ildə də bütün sahələr üzrə göstəricilər yüksəlib, infrastruktur layihələri uğurla davam etdirilib.

Bildirilib ki, ölkə iqtisadiyyatının dinamik inkişafı, Gəncə şəhərinin də sosial-iqtisadi həyatını xeyli canlandırıb. Daxili məhsul istehsalı 2,7 faiz, yəni 22,6 milyon manat artaraq 846,6 milyon manata çatıb. İstehsal olunan məhsulun 74 faizi qeyri-dövlət bölməsinin payına düşüb və 2014-cü illə müqayisədə 5,5 faiz artıb. Məhsulun 36,3 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub.

Hesabat məruzəsində o da vurğulanıb ki, 2016-cı il Gəncə üçün daha əlamətdar olacaq. 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Nizami yurdunda bir sıra layihələrin icrası nəzərdə tutulur. Dövlətimizin başçısının dediyi kimi, bu il avropalılara Gəncənin uğur və nailiyyətlərini daha yaxından tanıtmaq üçün çoxsaylı tədbirlər reallaşdırılacaq.

Sonra çıxışlar olub, qarşıda duran vəzifələr müzakirə edilib.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov da iştirak edib.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət qəbul olunub.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam