“Azərbaycanda idmanla məşğulolma prosesinin kütləvi xarakter almasını istəyirəm” » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » “Azərbaycanda idmanla məşğulolma prosesinin kütləvi xarakter almasını istəyirəm”

“Azərbaycanda idmanla məşğulolma prosesinin kütləvi xarakter almasını istəyirəm”

Müəllif: Anar
//
10 Kasım 2012
//
//

OXUNUB:366
“Azərbaycanda idmanla məşğulolma prosesinin kütləvi xarakter almasını istəyirəm”
“Azərbaycanda bütün beynəlxalq idman yarışları yüksək səviyyədə keçirilir. Bizim qonaqpərvərliyimiz, eyni zamanda, təşkilatçılıq imkanlarımız, təşkilatçılıq qabiliyyətimiz çox nadir bir mühit yaradır”.

APA-nın verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.
Prezident bildirib ki, bütün yarışlarda iştirak edən idmançılar üçün çox gözəl şərait yaradılır. “Həm gözəl idman infrastrukturumuz, Olimpiya kompleksləri vardır, eyni zamanda, Bakı şəhəri gözəlləşir, abadlaşır və Bakıya gələn qonaqların sayı artır. Çox şadam ki, onların arasında idmançıların sayı ildən-ilə artır”.

Onun sözlərinə görə, ölkədə idmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. İlk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. “Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda “İdman ili” elan edilib. Bu, özlüyündə bir göstəricidir”.
İdmanla məşğul olan, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumlar, vahid siyasət çərçivəsində fəaliyyət göstərirlər. Azərbaycan o nadir ölkələrdəndir ki, burada idman nazirliyi, Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri arasında heç bir anlaşılmazlıq yoxdur. Əksinə, bu ümumi işdə maksimum dərəcədə qarşılıqlı anlaşma və qarşılıqlı dəstək var.

O, bildirib ki, idman, demək olar ki, əksər ölkələrin ictimai həyatında önəmli bir amilə çevrilib. İdman yarışlarında, xüsusilə Olimpiya oyunlarında ölkələr bir-biri ilə yarışırlar. Təsadüfi deyildir ki, idman sahəsində əldə edilən uğurlar bilavasitə ölkələrin inkişaf göstəricilərinə də uyğundur. İnkişaf etmiş ölkələrdə, adətən idman da inkişaf edir. Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlərə çata bilib.

İdman infrastrukturunun yaradılmasından danışan prezident bildirib ki, birinci olimpiya idman kompleksi Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə Bakıda ucaldılıb. Ondan sonra Azərbaycanda 35 regional olimpiya kompleksi tikilib istifadəyə verilib, 8 kompleksin tikintisi davam edir. Yaxın gələcəkdə elə bir şəhər qalmayacaq ki, orada müasir, ən yüksək standartlara cavab verən Olimpiya İdman Mərkəzi olmasın.

“Mən çox şadam ki, gözəl gənc nəsil yetişir. Gənclərimiz bizi sevindirir. Yeniyetmələr arasında birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan gəncləri çox yüksək nəticə göstərmişlər və dünya miqyasında 11-ci yerə layiq olublar. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Çünki bu, onu göstərir ki, idman sahəsində ardıcıllıq var”.

Dövlət başçısının fikrincə Azərbaycanda elə bir mühit yaradılıb ki, idmançı olmaq hazırda çox şərəfli bir peşə və şərəfli bir işdir. “Olimpiya, dünya, Avropa çempionlarımız, sözün əsl mənasında, bizim qəhrəmanlarımızdır və cəmiyyətdə onlara olan sevgi, məhəbbət və hörmət çox yüksək səviyyədədir. Bu, dövlət siyasəti olaraq, eyni zamanda, cəmiyyətdə idmana, idmançılara olan müsbət münasibətin təzahürüdür. Bu gün idmançılarımız cəmiyyətimizin çox dəyərli üzvləridir”.

Regional Olimpiya komplekslərinin fəaliyyəti çox uğurlu və geniş olduğunu deyən prezident bildirib ki, bu, kadr potensialının əsas mənbəyidir. “Bölgələrimizdə çox istedadlı gənclər, uşaqlar var. İndi onlara idmanla məşğul olmaq üçün şərait yaradılıb. Onlar bu şəraitdən səmərəli şəkildə istifadə edirlər və etməlidirlər”.

Dövlət başçısı qeyd edib ki, 2012-ci Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 10 medal qazanıb. Onlardan 2-si qızıl, 2-si gümüş və 6-sı bürüncdür. Ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu yerə layiq görülmüşdür, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutmuşdur. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycanda idman və Olimpiya hərəkatı sahəsində görülmüş işlərin bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir.

Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, gənc ölkə kimi tanınır. Ölkənin iqtisadi uğurları artıq bütün beynəlxalq iqtisadi aləmə tanışdır. Azərbaycanda iqtisadi sahədə müşahidə olunan bu inkişafın dünyada analoqu yoxdur. “Çünki 8-9 il ərzində iqtisadi sahədə 3 dəfə - 300 faizlik artım, doğrudan da, dünya miqyasında nadir bir göstəricidir. Bütün başqa sahələrdə, - siyasi islahatlar, sosial müdafiə, müasir informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi, – bütün bu sahələrdə biz qabaqcıl yerlərdəyik”.

Telekommunikasiya sahəsində Azərbaycanın əldə edilən uğurlar bölgə üçün nümunə olduğunu deyən prezident söyləyib ki, Azərbaycan bu sahədə regional liderdir. Azərbaycanda olan internet azadlığı bir çox ölkələrdə yoxdur.

İlham Əliyev deyib: “Mən Milli Olimpiya Komitəsinin prezidenti və ölkə prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın. Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki ilk növbədə, idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdmançıların mütləq əksəriyyəti yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda, idman mədəniyyətdir və idmanla məşğul olan insan özünü rahat, çox əmin hiss edir. Biz çalışmalıyıq ki, sağlam gənclər yetişsin. Sağlamlıq məsələlərinin həllində idmanın çox böyük rolu var”.
O, vurğulayıb ki, bütün başqa sahələrdə olduğu kimi, ekoloji vəziyyət, təmiz hava, keyfiyyətli qida, təmiz içməli su – bütün bu məsələlər Azərbaycanda öz həllini tapır, o cümlədən idman sahəsində.

Dövlət başçısı qeyd edib ki, hazırda Bakıda yeni Olimpiya Stadionu inşa edilir. Yetmiş min yerlik bu stadion bölgənin ən böyük və ən müasir Olimpiya Stadionu olacaq. Böyük tutumlu Gimnastika Sarayı tikilir. Bu yaxınlarda yeni, müasir Su İdman Növləri Sarayı tikintisi başlayıb. Bu il, eyni zamanda, idman yarışları üçün lazım olan ən böyük Bakı “Crystal Hall” tikilib. Bölgələrdə stadionlar, idman obyektləri tikilir. “Yəni, bu sahədə işlərimiz bundan sonra da davam etdiriləcək və biz elə idman infrastrukturu yaradacağıq ki, istənilən beynəlxalq yarışı Bakıda keçirmək mümkün olsun. Bizim hədəfimiz də məhz bundan ibarətdir. Ümid edirəm ki, biz bu istiqamətdə də hədəfimizə çatacağıq”.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam