Obamadan Ərdoğana: “Putinə də dedim…” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Obamadan Ərdoğana: “Putinə də dedim…”

Obamadan Ərdoğana: “Putinə də dedim…”

Müəllif: Anar
//
22 fevral 2016
//
//

Obamadan Ərdoğana: “Putinə də dedim…”

ABŞ Prezidenti Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında fevralın 19-da 1 saat 20 dəqiqə davam edən telefon söhbətinin pərdəarxası detalları bəlli olub.
Xeberleragentliyi.com xəbər verir ki, “Hürriyət” qəzetinin diplomatik mənbələrdə əldə etdiyi məlumata görə, Obama söhbət zamanı Suriyadakı əsas hədəflərinin İŞİD-lə mübarizə olduğunu bildirib.

Ərdoğan isə Rusiyanın əməliyyatları nəticəsində müxalifətin İŞİD-lə mübarizəsinin zəiflədiyini deyib.

“Bu barədə Putinlə telefonda danışdım. Putinə açıq şəkildə dedim ki, müxaliflərə qarşı əməliyyatları dayandırın”, - Obama cavab verib.

Obama həmçinin türk ordusunun YPG-yə qarşı top atəşlərini dayandırmasını istəyib.

“YPG və Əsəd ordusu birgə hərəkət edir. Hədəfləri İŞİD-lə mübarizə deyil. Əgər Azez şəhəri işğal olunarsa, Türkiyə ciddi köç və təhlükəsizlik problemi ilə qarşılaşacaq. Əsəd, Rusiya və YPG Münhendə əldə edilən razılaşmaya riayət edərsə, top atəşləri də dayanacaq”, - Ərdoğan cavab verib.

Qeyd edək ki, fevralın 12-də Münhen Təhlükəsizlik Konfransında bir həftə ərzində Suriyada hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub.
Xəbər Lenti Giriş Populyar Reklam