Ukrayna və Moldovanın opera ulduzları Azərbaycana gəlir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ukrayna və Moldovanın opera ulduzları Azərbaycana gəlir

Ukrayna və Moldovanın opera ulduzları Azərbaycana gəlir

Müəllif: Anar
//
10 noyabr 2012
//
//

Ukrayna və Moldovanın opera ulduzları Azərbaycana gəlir
Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Böyük tamaşaçı rəğbəti qazanan bu tamaşada iştirak etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Moldova və Ukraynadan olan vokalçıları dəvət edib. Belə ki, Cilda partiyasını Moldova Milli Opera və Balet Teatrının aparıcı solisti, Moldovanın əməkdar artisti Liliya Şolomey ifa edəcək. Dünyanın on altı ölkəsində uğurlu qastrol səfərlərində olan L.Şolomey Cilda partiyasının ən yaxşı ifaçılarından biri sayılır. Hersoq rolunda isə Ukraynanın əməkdar artisti, Odessa Milli Akademik Opera və Balet Teatrının solisti Vladislav Qoray çıxış edəcək. V.Qoray opera müğənnisi kimi Böyük Britaniya, İspaniya, Fransa, İtaliya, ABŞ, Kanada, Hollandiya, İsveçrə və Belçika kimi ölkələrdə uğurlu qastrol səfərlərində olmuşdur. 2005-ci ildən bəri o hər il İsraildə “Müqəddəs torpağın üç tenoru” adlı layihədə iştirak edir. Tamaşada Riqoletto partiyasını Azərbaycanlı opera ulduzu, xalq Artisti Əvəz Abdullayev ifa edəcək.
Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı