Ötən il Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 91 milyon 770 min manatlıq məhsul istehsal olunub » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Ötən il Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 91 milyon 770 min manatlıq məhsul istehsal olunub

Ötən il Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 91 milyon 770 min manatlıq məhsul istehsal olunub

Müəllif: Anar
//
12 Şubat 2016
//
//

OXUNUB:192
Ötən il Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 91 milyon 770 min manatlıq məhsul istehsal olunub

Ötən il Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 91 milyon 770 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 10 milyon 848 min manat çoxdur. Bu müddət ərzində rayonda 7 milyon 72 min manatlıq sənaye, 42 milyon 799 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Məhsul istehsalı əvvəlki ilə nisbətən sənayedə 2 milyon 103 min manat, kənd təsərrüfatında isə 5 milyon 648 min manat artıb. İl ərzində rayonda 339 yeni iş yeri açılıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar 2015-ci ilin yekunları ilə bağlı Qax Rayon İcra Hakimiyyətində keçirilən fəallar yığıncağında səsləndirilib.

Rayonun rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, sonra icra hakimiyyətinin foyesində Qaxda istehsal edilən məhsulların sərgisinə baxıblar.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, “Kənd təsərrüfatı ili”ndə Qaxda bitkiçilik və heyvandarlıq məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülüb, uğurlu nəticələr əldə olunub. Taxılçılar ötən mövsümdə 10 min 867 hektar əkin sahəsindən 28 min 534 ton, yəni əvvəlki ildəkindən 11 min ton çox taxıl götürüblər. Hər hektardan orta məhsuldarlıq əvvəlki illə müqayisədə 12,3 sentner artaraq 26,3 sentner təşkil edib. Eyni zamanda, keçən ilin payızında rayonda 2016-cı ilin məhsulu üçün 12 min 890 hektar sahədə taxıl əkini aparılıb. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 2 min hektardan çox artıb. 2015-ci ildə rayonda 7 min 301 ton qarğıdalı, 2 min 61 ton tərəvəz, 9 min 704 ton meyvə, o cümlədən 3 min 58 ton fındıq, həmçinin 450 ton quru tütün istehsal olunub.

Bildirilib ki, hesabat ilində sahibkarlığın inkişafı, əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 24 layihə üzrə 1 milyon 298 min manat məbləğində güzəştli kredit verilib. Bu layihələrin reallaşması nəticəsində 61 yeni iş yeri yaradılıb.

Qeyd olunub ki, 2015-ci ildə rayonun Cəlayir kəndində yeni tibb məntəqəsi tikilib istifadəyə verilib. Qax şəhərində inşa edilən 200 və 100 yerlik uşaq bağçalarının, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Qax rayonu üzrə inzibati binasının tikintisi başa çatdırılıb.

Yığıncaqda 2015-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər ətraflı təhlil olunub. Diqqətə çatdırılıb ki, 2015-ci ildə rayonun 7 kəndinə təbii qaz verilib, hazırda 2 kənddə qaz xəttinin çəkilişi davam etdirilir. Elektrik şəbəkəsi tərəfindən rayon ərazisində 19 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 12 kənddə yeni artezian və subartezian quyuları qazılıb. Eyni zamanda, əhalinin keyfiyyətli su ilə təmin edilməsi məqsədi ilə rayonun 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb.

Bildirilib ki, 2015-ci ildə Qax şəhəri “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib. Paytaxt ili çərçivəsində rayonda bir sıra festivallar, mədəni-kütləvi tədbirlər keçirilib. İl ərzində rayona 24 mindən çox turist gəlib.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2015-ci ildə respublikada sosial-iqtisadi sahədə görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam