Azərbaycanda polis tərəfindən saxlanılan şəxs intihar edib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda polis tərəfindən saxlanılan şəxs intihar edib

Azərbaycanda polis tərəfindən saxlanılan şəxs intihar edib

Müəllif: Anar
//
04 Şubat 2016
//
//

Azərbaycanda polis tərəfindən saxlanılan şəxs intihar edib

Balakəndə intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün Balakən rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Xəstəxanada müalicə alan, rayonun Katex kənd sakini, 1982-ci il təvəllüdlü Əziz Əliağa oğlu Əhmədov 3-cü mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

APA-nın əldə etdiyi məlumata görə, Ə. Əhmədov Katex kəndində vətəndaşların mülklərini yandırmaqda təqsirli bilinərək bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb. O, polis şöbəsində kəsici alətlə özünə xəsarət yetirərək intihara cəhd edib. Lakin cəhdin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam