“Prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son görüşü də formal xarakter daşıyıb” » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » “Prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son görüşü də formal xarakter daşıyıb”

“Prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son görüşü də formal xarakter daşıyıb”

Müəllif: Anar
//
10 Ocak 2016
//
//

OXUNUB:462
“Prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son görüşü də formal xarakter daşıyıb”

“2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyiş olmayıb, prezidentlərin son görüşü də formal xarakter daşıyıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, bunun səbəbi odur ki, Ermənistan sülh istəmir, status-kvonu mümkün olduğu qədər çox saxlamağa çalışır, işğal olunmuş torpaqlardan çəkilmək niyyətində deyil: “Ermənistan danışıqları, sadəcə, bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir. Bizim isə mövqeyimiz tam fərqlidir, biz münaqişənin həllini istəyirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, vasitəçilərin vəzifəsi bundan ibarətdir. Əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir”.

Prezident İlham Əilyev deyib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır: “2015-ci ildə Azərbaycan təmas xəttində üstünlüyə yiyələnib, öz iradəsini diqtə edib. Azərbaycan bundan sonra da döyüş potensialını gücləndirəcək”.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam