Ramil Usubov iki polis rəisini işdən çıxardı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ramil Usubov iki polis rəisini işdən çıxardı

Ramil Usubov iki polis rəisini işdən çıxardı

Müəllif: Anar
//
08 yanvar 2016
//
//

Ramil Usubov iki polis rəisini işdən çıxardı

Bakıda iki Polis Bölməsinin rəisi işdən çıxarılıb.

Xeberleragentliyi.com xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi Natiq Camalov və Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.

Nazirin digər əmri ilə N. Qasımov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib.

N. Camalov isə hələlik sərəncamdadır.

11:10

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Xeberleragentliyi.com “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
Willie 24 dekabr 2016 20:35
The genius store cadlle, they're running out of you.

Xəbər Lenti Giriş Populyar Reklam