Bakıdakı yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıdakı yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlandı

Bakıdakı yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlandı

Müəllif: Anar
//
22 Aralık 2015
//
//

Bakıdakı yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlandı

Bu il ərzində Azərbaycan paytaxtında baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.

Respublika xəbərləri qəzeti xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, ötən illə müqayisədə Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb. Bu ilin əvvəlindən dekabrın 19-dək Bakı şəhərində 768 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 217 nəfər ölüb, 843 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 hadisə, 82 ölüm və 32 xəsarət faktı azalıb.

Ümumilikdə Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, yol nəqliyyat hadisələri əsasən günün qaranlıq saatlarında, şənbə və bazar günləri baş verib. Qəzalar daha çox paytaxtın Parlament, Heydər Əliyev, Tiblisi, Ziya Bünyadov, Mətbuat və Nobel prospektlərində qeydə alınıb. Baş verən qəzalarda sürət həddinin aşılması 41 faiz, qarşı hərəkət zolağına çıxmaqla təhlükəli manevretmə 27 faiz , piyadaların vurulması 50,6 faiz təşkil edib.

Hesabat dövründə paytaxt yollarında avtomobili sərxoş vəziyyətdə idarə edən və avtoxuliqanlıq hərəkətləri etməklə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunub. Avtomobili sərxoş idarə etdiyinə görə 16359 sürücü, eləcə də avtoxuliqlıq hərəkətləri törədən 686 şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, bütün hərəkət iştirakçılarını qanunun tələblərinə hörmətlə yanaşmağa dəvət edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam