“Uçan boşqab” göründü » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Uçan boşqab” göründü

“Uçan boşqab” göründü

Müəllif: Anar
//
10 noyabr 2012
//
//

“Uçan boşqab” göründü
Göyçay səmasında naməlum uçan obyekt görünüb. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 22:00 radələrində Göyçay rayonu üzərində qeyri-adi formada parıldayan naməlum uçan obyekt müşahidə olunub. Kürə şəklində olan obyekt əvvəlcə çox hündürlükdə işıq saçıb, sonra aşağı enərək şərqdən qərbə doğru hərəkət edib və yenidən yüksəkliyə qalxıb. Ətrafa güclü işıq saçan obyekt 2 dəqiqə ərzində görünərək gözdən itib. Şahidlər bu müddət səmada sanki diametrli 50-60 santimetr olan bir projektorun işıqlandığını, həmin zaman səmanın süd rənginə büründüyünü bildiriblər. Rayon sakinləri naməlum uçan obyektin Göyçay səmasında hərəkətini kamera ilə lentə ala biliblər. Sakinlər Göyçay səmasında buna bənzər obyektə bu ilin iyununda da rast gəldiklərini və həyəcan dolu anlar yaşadıqlarını bildiriblər.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı