Lavrov dəyişiklik olmadığını, Çavuşoğlu isə... - Yeniləndi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Lavrov dəyişiklik olmadığını, Çavuşoğlu isə... - Yeniləndi

Lavrov dəyişiklik olmadığını, Çavuşoğlu isə... - Yeniləndi

Müəllif: Anar
//
03 Aralık 2015
//
//

Lavrov dəyişiklik olmadığını, Çavuşoğlu isə... - Yeniləndi

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında keçirilən görüş başa çatıb.

Xeberleragentliyi.com TASS-a istinadən xəbər verir ki, görüş 40 dəqiqə davam edib.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Belqradda baş tutan görüşün təfərrüatı tezliklə ictimaiyyətə təqdim olunacaq.

20:42

Budapeştdə Lavrov-Çavuşoğlu arasında keçirilən görüşdən sonra ilk açıqlama verilib.

"Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması ilə Ankaranın terrorla apardığı mübarizənin heç bir əlaqəsi yoxdur", - Çavuşoğlu qeyd edib.

22:04

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov həmkarı ilə görüşdən sonra açıqlama verib:

“Yeni heç nə görmədim. Çavuşoğlu Baş nazir Davudoğlunun və Prezident Ərdoğanın dediklərini təkrar etdi”.

Çavuşoğlu isə məsələyə həmkarından fərqli yanaşıb:

"İlk görüşdə problemləri həll etdiyimizi demək doğru olmaz. Hər bir şeyi açıq danışdıq. Ölən rus pilotu ilə bağlı başsağlığı verdik. Hər iki tərəf münasibətləri gərginləşdirmək istəmir".

Çavuşoğlu Suriyada 5 ildir ki, davam edən böhranlı vəziyyətə də münasibət bildirib:

“Terror təhlükəsinin arealı genişlənib. Ankara və Paris hadisələri buna nümunə ola bilər. Misirdə də Rusiya təyyarəsi vuruldu. Bölgədə sülhün qorunması bizim üçün də önəmlidir".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam