Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan körpələr evi-uşaq bağçasının açılışı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan körpələr evi-uşaq bağçasının açılışı

Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan körpələr evi-uşaq bağçasının açılışı

Müəllif: Anar
//
12 noyabr 2015
//
//

Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan körpələr evi-uşaq bağçasının açılışı

Son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra mühüm tədbirlər görülüb. Xəzər rayonunun Binə qəsəbəsində şəhid Ərəstun Bəylərov adına 84 nömrəli körpələr evi-uşaq bağçasında da Fondun təşəbbüsü ilə həyata keçirilən yenidənqurma işlərindən sonra balacaların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin ediləcək.

Fonddan APA-ya verilən məlumata görə, noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva məktəbəqədər müəssisənin rəmzi açılışını bildirən lenti kəsiblər.

Bağça ilə tanışlıq zamanı məlumat verilib ki, bu müəssisə 1984-cü ildən fəaliyyət göstərir. Bu ilin may ayında məktəbəqədər təhsil müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə sökülərək yerində ikimərtəbəli uşaq bağçası tikilib. On qruplu 109 yerlik müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılacaq. Bağçanın həyətyanı sahəsində müxtəlif attraksionlar quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq sahəsi salınıb.
Xəbər Lenti Giriş Populyar Reklam