Sabiq nazir müavinindən ŞOK İTTİHAM: "MTN-də dedilər, Səfər Əbiyevin üzünə dur" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Sabiq nazir müavinindən ŞOK İTTİHAM: "MTN-də dedilər, Səfər Əbiyevin üzünə dur"

Sabiq nazir müavinindən ŞOK İTTİHAM: "MTN-də dedilər, Səfər Əbiyevin üzünə dur"

Müəllif: Anar
//
23 oktyabr 2015
//
//

Sabiq nazir müavinindən ŞOK İTTİHAM: "MTN-də dedilər, Səfər Əbiyevin üzünə dur"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Cunayev Firuz ifadəsində bildirib ki, 2010-cu ildən nazirliyin Əsaslı Tikinti və İstismar Şöbəsinin müdiri vəzifəsində işləyib: "Mehman Səlimovu yaxşı tanıyıram. O, sifariş olunan işləri vaxtında yerinə yetirməsə də, işləri çox keyfiyyətli edib. İşlərin vaxtında bitməməyinə səbəb yəqin ki, hava şəraiti olub. Müqavilə bağlananda iqlim şərtləri nəzərə alınmayıb".

Məhkəmədə Atakişi Məcidov ifadə verib. O, ifadəsində Mehman Səlimovu tanımadığını bildirib.

Mehman Səlimov sonda qısa çıxış edib. O, çıxışında ona cinayət işi açılmasının günahının Milli Təhlükəsizlik Nazirliyində olduğunu deyib: "O vaxt məni MTN-də dindirəndə dedilər, Səfər Əbiyevin üzünə dur, mən durmadım. Çünki onu işdən azad edəndən sonra tutmaq istəyirdilər. Mən buna getmədim. Ona görə də mənə cinayət işi açdılar".
Məhkəmə oktyabrın 30-da davam edəcək.

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Xəbər Lenti Giriş Populyar Reklam