Göyçayda ilk dəfə sitrus meyvələrindən ibarət bağ salınıb - REPORTAJ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Göyçayda ilk dəfə sitrus meyvələrindən ibarət bağ salınıb - REPORTAJ

Göyçayda ilk dəfə sitrus meyvələrindən ibarət bağ salınıb - REPORTAJ

Müəllif: Anar
//
22 Ekim 2015
//
//

Göyçayda ilk dəfə sitrus meyvələrindən ibarət bağ salınıb - REPORTAJ

Göyçay sakini sitrus meyvə ağaclarından ibarət bağ salmaqla hamının marağına səbəb olub.

APA TV-nn yerli bürosunun xəbərinə görə, 15 ildən çoxdur ki, Çaxırlı kəndində bağçılıqla məşğul olan Teyyub Xasməmmədov yerli meyvələrlə yanaşı, Astara və İrandan gətirdiyi portağal, naringi, kintan, limon, feyxoa və kivi ağaclarını da yetişdirməyə və bol məhsul əldə etməyə nail olub.

O, hazırda sitrus meyvə bağı üçün çəkdiyi əziyyətin bəhrəsini görür. Sitrus ağaclarını və meyvələri qışda şaxtadan qorumaq üçün fərdi təsərrüfatında böyük istixana hazırlayan Teyyub Xasməmmədov bu ağaclara xüsusi qulluq etdiyini deyir. Göyçayın iqlim şəraiti üçün xarakterik olmayan və rayonda hər bağbanın yetişdirə bilmədiyi bu meyvə ağaclarında hazırda məhsulun bol olması, eləcə də dadına və keyfiyyətinə görə cənub zonasının məhsullarından heç də geri qalmaması hamını təəccübləndirir. Ümumiyyətlə, Göyçayda sitrus meyvələrinin yetişdirilməsi və onun qış fəslində soyuqdan qorunması xüsusi bacarıq tələb edir. Bağbanın həyətinə gələn qonaq özünü sanki Astara bağlarında hiss edir. Bütün növ meyvələrdən ibarət 3 hektar bağı olan Teyyub Xasməmmədov son vaxtlar sitrus meyvə ağaclarının sayının artırılmasına xüsusi önəm verir. O, indiyədək 12 ədəd naringi, 15 ədəd portağal, 11 ədəd limon, 30 ədəd feyxoa, 5 ədəd kivi və kintan ağacı yetişdirməyə nail olub. Bağban bu meyvələrin hər birindən 2-3 sort əldə edib və hazırda onların sayını artırmaqla məşğuldur.

Ən maraqlısı odur ki, 65 yaşlı bağban bir gövdəli ağacda limon, naringi və portağal yetişdirərək, eyni vaxtda hamısından məhsul əldə edib. Bağban hazırda İran feyxoasını və armudu limonu dibçəklərdə yetişdirməklə məşğuldur. O, calaq yolu ilə artırdığı ağac tinglərini satmaqla yanaşı, alıcılara bağçılığın inkişafı üçün lazımi məsləhətlər də verir. O, hazırda bağda meyvə yığımını davam etdirir. Meyvədən əldə etdiyi vəsaitin böyük hissəsini bağçılığın inkişafına sərf edən bağban bu sahənin həvəskarı olduğunu bildirib. Onun sözlərinə görə, aqrotexniki xidmətin vaxtında və düzgün aparılmasının nəticəsidir ki, bu il təsərrüfatında sitrus və yerli meyvələrin məhsuldarlığı ötən ilkindən daha çox olub.
Alexandra 24 Aralık 2016 22:37
Great post with lots of imtnopart stuff.

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam