İqbal Ağazadə ilə görüşə gələn seçicilər zala sığmadı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İqbal Ağazadə ilə görüşə gələn seçicilər zala sığmadı

İqbal Ağazadə ilə görüşə gələn seçicilər zala sığmadı

Müəllif: Anar
//
18 Ekim 2015
//
//

İqbal Ağazadə ilə görüşə gələn seçicilər zala sığmadı

Seçicilərin böyük əksəriyyəti zalın qarşısında dayanmalı olublar

Oktyabr 18-də 35 sayli Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Ümid Partiyasının sədri, millət vəkili Ağa-zadə İqbal Fehruz oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində Xətai rayon, Gəncə prospekti 99-da yerləşən Sabir adina kitabxananin akt zalinda seçiciləri ilə möhtəşəm görüş keçirib.

İqbal Ağa-zadə ilə görüşə gələn seçicilər zala sığmayıb. Seçicilərin böyük əksəriyyəti zalın qarşısında açıq havada dayanmalı olublar.

Seçiciləri İqbal Ağa-zadəni böyük çoşqu ilə qarşılatıb. Millət vəkili “İqbal bəy” sədaları altında zala daxil olub.

İqbal Ağa-zadə zalda olan seçiciləri salamladıqdan, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etdikdən sonra qısa nitq söyləyib və açıq havada gözləyən seçicilərin qarşısına çıxıb. Ümid sədri bütün seçiciləri və Azərbaycan xalqını bir daha bayram münasibətiylə təbrik edib, gördüyü və görəcəyi işlərdən danışıb.

O, bildirib ki, hər zaman söylədiyi kimi deputatlıq onun üçün seçicilərə, xalqımıza, dövlətimizə daha çox xidmət edə bilməkdir və deputatlıq fəaliyyətində həmişə seçicilərin yanında olmağa, müraciətlərinin həllini tapmasına kömək etməyə çalışıb.

iqbal Ağa-zadə daha sonra qeyd edib ki, etimad göstərildiyi halda, bundan sonra da seçicilərini layiq olduğu səviyyədə təmsil etməyə çalışacaq.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam
15 yaşlı APA... Dün, 10:5515 yaşlı APA...