Bakcell “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edəcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakcell “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edəcək

Bakcell “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edəcək

Müəllif: Anar
//
09 noyabr 2012
//
//

Bakcell “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edəcək
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi Bakcell böyük məmnuniyyətlə elan edir ki, şirkət Bakutel 2012 sərgisi çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir. Bakutel 2012 zamanı Bakcell şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri və Bakcell-Mançester Yunayted əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətlərini nümayiş etdirəcək.

Öz Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində, Bakcell şirkəti Azərbaycanın və xüsusilə də Bakı şəhərinin turizm potensialının artırılması və təbliğ edilməsi sahəsində səylər göstərmək niyyətindədir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlığın məqsədi mobil operatorlar və müasir mobil telefonlar vasitəsilə turistlərin görməli yerləri ilə tanışlıq təcrübəsini yeni bir səviyyəyə qaldırmaqdır.

Tarixi abidələr və görməli yerlərlə zəngin olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu QR Kodlarını (Tez cavab kodu) ehtiva edən məlumat kitabçası hazırlayıb. Həmin məlumat kitabçası qədim “Odlar Yurdu”nu gəzib istənilən tarixi abidənin QR kodunu skan edərək, mobil telefonda zəngin mobil kontenti dərhal əldə etmək və yeni bir multimedia təcrübəsindən həzz almaq imkanını təklif edir.

Matrisa ştrix kod (və ya ikiölçülü kod) növlərindən birinin əmtəə nişanı olan QR kod ilk dəfə avtomobil sənayesində tətbiq edilib. Son zamanlar, bu sistem adi UPS ştrix kodları ilə müqayisədə daha surətli oxunuş və daha böyük saxlama tutumuna görə digər sənaye sahələrində də məşhurluq qazanıb. Kod, ağ fon üzərində kvadrat naxış üslubunda çəkilmiş qara modullardan (kvadrat formalı nöqtələr) ibarətdir. Kod vasitəsilə 4 standart məlumat (rəqəm, hərfi-rəqəm, bayt/ikili, Kanji) növü (“rejim”), və ya müvafiq dəstəklənən genişlənmələr vasitəsilə istənilən məlumat kodlaşdırıla bilər.

Bakcell şirkəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq etməkdən olduqca məmnundur. Biz inanırıq ki, bu əməkdaşlıq vizual yardım və məlumat kitabçalarının geniş yayılması üçün ilk addımdır və bu kimi layihələrin Azərbaycanın digər tarixi yerlərində həyata keçirilməsini səbirsizliklə gözləyirik.
***

Bakcell haqqında

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Süra ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Süra xidməti və yeni tərəfdaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Emily 24 dekabr 2016 19:54
Your articles are for when it abullsteoy, positively, needs to be understood overnight.

Xəbər Lenti Giriş Populyar Reklam