Bu gün Hərbi Vətənpərvərlik ruhunda tədbir keçirildi » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Bu gün Hərbi Vətənpərvərlik ruhunda tədbir keçirildi

Bu gün Hərbi Vətənpərvərlik ruhunda tədbir keçirildi

Müəllif: Anar
//
09 Ekim 2015
//
//

OXUNUB:262
Bu gün Hərbi Vətənpərvərlik ruhunda tədbir keçirildi

Bu gün Hərbi Vətənpərvərlik ruhunda tədbir keçirildi

Bu gün Hərbi Vətənpərvərlik ruhunda tədbir keçirildi

Bu gün Hərbi Vətənpərvərlik ruhunda tədbir keçirildi

Bu gün Hərbi Vətənpərvərlik ruhunda tədbir keçirildi

Abşeron rayon Təhsil şöbəsi tərəfindən təhsil ocaqlarında Hərbi vətənpərvərlik mövzusunda müntəzəm olaraq tədbirlər keçirilir. İlk olaraq Liseyin həyətində Şəhidimiz Bəxtiyar Yaqub oğlu Cəfərovun büstünü ziyarət edib, qərənfillər qoyuldu.
Liseyin Hərbi kabineti ilə tanış olan qonaqlara Kapitan Firudin müəllim hərbi dərslər barədə məlumat verdi. Hərbi sahədə görülən işlərdən, məzunlardan danışdı.
Azərbaycan Dövlət himni ilə tədbir başlandı.
Abşeron rayon Təhsil şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev Adil Kərimov barədə məlumat verdi;
Qarabağ döyüşçüsü, İgirlik Fərqlənmə medalı ilə tətif olunmuş, İlin vətənpərvər övladı, Azərbaycan bayrağı və s. mükafatlarının sahibi, Bakı Ali Komandirlər məktəbinin, Türkiyə Nato Hərbi Akademiyasının və nəhayət Xırdalan şəhər 3 saylı Liseyin məzunu Adil Kərimovla şagird müəllim kolektivinin görüşü keçirildi.
Adil Kərimov, 1974- cü ildə Qərbi Azərbaycanın (Qara kilsə) Sisyan rayonunun Şəki kəndində dünyaya gəlib, Xırdalan şəhər 3 saylı Liseyi bitirib, 17 yaşı olarkən Qarabağda gedən döyüşlərə könüllü olaraq qatılıb. Bir çox çətin vəzifələri yerinə yetirib, döyüş tapşırıqlarının öhdəsindən məharətlə gəlib. Ümummilli Lider Heydər Əliyevin cəbhə bölgəsinə səfərində Fizuli rayonunun ərazisində "Malış" ləqəbi ilə tanınan bu cavan qəhrəmanla görüşü tarixə düşub. Ali Baş Komandana xidmət edirəm deyən Adil sonralarda bir cox döyüşlərdə şücaət göstərir. Atəşkəs sazişi bağlandıqdan sonra Cınab Kərimov Bakı Ali Komandirlər məktəbinin, Türkiyə Nato Hərbi Akademiyasını bitirir. Uşaqlıqdan hərbiçi və rabitəçi olmaq arzusu qəhrəmanımızı Rabitə İnformasiya Texnalogiya Nazirliyinə aparır. Bu gündə bu sahədə çalışır. Respublikamızı dünyaya tanıdan Adil müəllim bir çox tədbirlərin təşkilatçısıdır. Xocalı soyqrımını xarici dillərdə çap etdirərək bu faciəti bütün dünyaya yayaraq əsrin faciəsindən hamını xəbərdar edir. Almaniya, Türkiyə, İzrail kimi ölkələrdə Azərbaycan muzeyləri təşkil edib. Tariximizi, coğrafi mövqeyimizi, mədəniyyətimizi tanıtmağa çalışır.
3 saylı Litseyin direktoru hörmətli Sevinc Əliyeva Lisey haqqında məlumat verdi. Qarabağ döyüşlərində 16 şəhid verən bu təhsil ocağının bu ilki məzunlarından 700 bal toplayan və olimpiya çempionundan, müxtəlif seçilən şagirdlərdən danışdı. Adil Kərimovun bu liseyin məzunu olması barədə sevinclərini tədbir iştirakçıları ilə böldü. Liseyin fəxri qonağı olan qəhrəmanımıza "Fəxri diplom" direktor tərəfindən təqdim olundu.
Söz, haqqında danışılan Abşeron rayon 3 saylı Lİseyin məzunu olan Adil Kərimova verildi;
Adil müəllim öz tərcümühalından keçdiyi ömür yolundan, bu günki fəaliyyətindən danışdı.
Məktəb barədə xatirələrini bölüşdü. Məktəbin adını daşıdığı şəhidimiz olan Bəxtiyar Cəfərovun müharibədə etdiklərini, qəhrəmanlığını tədbir iştirakçılarına çatdırdı.
Gözü dolan lakin ürəyi sabah eşqi naminə vuran, torpaqların tezlikən azad olacağını tez- tez vurğulayan Qarabağ qazisi Qarabağa həsr etdiyi seri deyib, hər an döyüşə hazır olduğunu qətiyətlə söylədi.
Abşeron rayon Təhsil şöbəsinin Fiziki tərbiyə işləri üzrə metodis Aslan Həziyevə söz verildi;
Əslən Qarabağlı olan Aslan müəllim Qarabağ döyüşlərində keçdikləri yoldan danışdı. Qubadlın qəhrəmanlarından söhbət açdı. Adil müəllim barədə onun keçdiyi yolu vərəqlədi. Tezlikən torpaqlarımızın azad olmasını, Ali Baş Komandanın əmri ilə döyüşə hazır olduğunu bildirdi. Liseyin müəlliməsi Xatirə müəllimə Hərbi vətənpərvərlik mövzusunda bu kimi tədbirlərin tədqirə layiq olmasını və Adil Kərimovun keçdiyi yolun şagirdlərə örnək olmasını qeyd etdi.
Şəhid övladı olan Jalə müəllimə Qarabağ müharibəsindən, atasının şəhid olmasından tezlikən şəhidlərimizin qanının alınacağından danışdı.
Abşeron rayon Rabitə İnformasiaya Texnalogiyaları idarəsinin məsul işçisi Könül xanım Adil müəllimin keçdiyi ömür yolundan söhbət açdı, hərbi vətənpərvərlik ruhunun şagirdlərə aşılanmasının ailədən, baxçadan, məktəbdən başlanmasını yada saldı. Şagirdlərə belə qəhrəmanlarımızla fəxr etməyi, onları öyrənməyi məsləhət bildi.
Xırdalan şəhər 3 saylı Liseyin məzunu Sevil xanım sinif yoldaşı olmuş Adil Kərimovun şagird illərindən danışdı. Şagirdlərə oxumaq Liseyin adını daima yüksəklərə qaldırmağa səslədi.
Abşeron təhsili qəzetinin təsis etdiyi "Vətən övladı" fəxri media diplomunu qəhrəmana təqdim edən Anar Nağıyev bu kimi Hərbi vətənpərvərlik mövzusunda tədbirlərin tez- tez keçiriləcəyinə şagirdlərlə qazilərimizin görüşlərinin, İdman yarışlarının, müxtəlif olimpiadaların təşkil olunacağını qeyd etdi.
Liseyin şagirdləri Adil Kərimova suallarını verdilər, maraqlı, hər şaxəli sualları cavablandıran Adil müəllim şagirdlərə oxumağı, peşə sənət seçərkən bu işi dərində oyrənməyi məsləhət gördü.
Sonda Abşeron rayon Təhsil şöbəsinin rəhbəri Cənab Kamran Rzayevə, müdir müavini Pərviz Əhmədova, Lisey direktoru Sevinc Əliyevaya öz minətdarlığını bildirdi.
Təhsil jurnalının məsul işçisi İdris müəllimin, Valideyin və müəllim asosasiyasının prezidenti Mamed müəllimin, Xəbərpress sayıtının rəhbəri Esmira xanım, DTV- kanalının xəbər redaktoru Nizami müəllimin, Respublika xəbərlər qəzetinin əməkdaşı Müşərrəf xanımın, Dövlət press qəzetinin əməkdaşı Fəxrəddin müəllimin, Azpress.Tv nin məsul işçisi Mətanət xanımın iştirakı ilə tədbirdə maraqlı diskusiyalar oldu.
Abşeron təhsili qəzeti
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam