Prezident: "Terrorçuları yaxşı və pisə ayırmaq olmaz" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident: "Terrorçuları yaxşı və pisə ayırmaq olmaz"

Prezident: "Terrorçuları yaxşı və pisə ayırmaq olmaz"

Müəllif: Anar
//
09 oktyabr 2015
//
//

Prezident: "Terrorçuları yaxşı və pisə ayırmaq olmaz"

“Azərbaycanda təhlükəsizliyin möhkəmləndirilməsinə, risklərin minimallaşdırılmasına böyük diqqət yetirilir. Ölkə daxilində potensial təhdid və risklər yoxdur. Ancaq əlbəttə, bizim yerləşdiyimiz regionda baş verən prosesləri dəqiqliklə izləməli və ölkəmizin, xalqımızın təhlükəsizliyini maksimum təmin etməliyik ki, Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunu davam etdirsin”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşündə bildirib.


Dövlət başçısı qeyd edib ki, möhkəm təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik olmadan heç bir ölkədə inkişaf mümkün deyil: “Azərbaycan 1990-cı illərin əvəllərində sabitliyin pozulduğu dövrün çətinliklərini öz üzərində hiss edib. Bu, qan tökülməsinə, vətəndaş müharibəsinə, sabitliyin pozulmasına gətirib çıxardı. Ancaq 20 ildən çoxdur ki, Azərbaycanda inamlı, ardıcıl inkişaf, təhlükəsizliyin möhkəmlənməsi müşahidə olunur. Əlbəttə ki, istənilən ölkənin iqtisadi inkişafı təhlükəsizliyin təminatı səviyyəsi ilə birbaşa bağlıdır. Çünki bu gün bir çox ölkələr xarici investisiya mənbələri axtarır. Təbii ki, təhlükəsizliyi hələ lazımi səviyyədə olmayan ölkəyə investisiya qoyuluşunu gözləmək düzgün olmazdı”.

“Dünyada və regionda vəziyyət çox sürətlə dəyişir. Həm də, təəssüf ki, yaxşı tərəfə yox. Mövcud təhdidləri aradan qaldırmaq əvəzinə, biz yeni təhdidlərin - həm real, həm də potensial münaqişə ocaqlarının yarandığını görürük. Amma hələ ki, biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik. Belə bir şəraitdə sizin qarşınızda əlbəttə ki, yeni vəzifələr - beynəlxalq vəziyyətin daha da gərginləşdiyi şəraitdə ölkələrimizin təhlükəsizliyinin, milli təhlükəsizliyinin, dövlət təhlükəsizliyinin təmin edilməsi durur. Hesab edirəm ki, bu halda risklərin azaldılmasının ən vacib amillərindən biri məhz sizin fəaliyyətin əlaqələndirilməsidir. Xüsusi xidmət orqanları rəhbərləri arasında çox xoş, etibarlı, dost münasibətlər olmalıdır ki, siz bir çox məsələləri operativ şəkildə həll edəsiniz və bir-birinizə kömək göstərəsiniz”, deyə prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, müasir dünyada heç bir ölkə öz təhlükəsizliyini təkbaşına tamamilə həll edə bilməz: “Biz hamımız bir-birimizə bağlıyıq. Bu şəraitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin həllinin vacibliyində operativ informasiya mübadiləsi, birgə səylərlə qarşılıqlı dəstək xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün zamanlarda vacib amil olub, bugünkü dünyada isə xüsusilə vacibdir”.

“Bu gün beynəlxalq terrorizmlə mübarizə dünya birliyinin üzvü olan əksər ölkələri birləşdirir. Hesab edirəm ki, terrorçuluq vətəndaşların təhlükəsizliyinə ən əsas hədədir. Təəssüf ki, biz yeni terror təşkilatlarının yarandığını və meydana çıxdığını görürük. Onlar yeni mübarizə üsullarından istifadə edirlər. Əlbəttə ki, xüsusi xidmət orqanları buna qarşı təsirli cavab verməyə və bu risklərin aradan qaldırılmasına hazır olmalıdır.

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə çox fəal iştirak edib. Bu mövzunu biz həmişə ən yüksək forumlarda qaldırmışıq. Deməliyəm ki, bir neçə il əvvəl sizin təmsil etdiyiniz ölkələrin də dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə və biz Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edəndə məhz beynəlxalq terrorçuluqla mübarizə mövzusunu ortaya atdıq. Bu, vətəndaşlarımızın həyat və təhlükəsizlik məsələsi olduğuna görə bizim fəaliyyətimizin prioritetlərini göstərir. Biz beynəlxalq terrorizmə qarşı mübarizənin fəal üzvüyük. Biz regional təhlükəsizliyin möhkəmlənməsinə çox böyük töhfə veririk. Hesab edirəm ki, Azərbaycan bizim yerləşdiyimiz regionda sabitliyin möhkəmləndirilməsində çox mühüm rol oynayır. Sabitlik və inkişaf gündəlik həyatdan təcrid edilə bilməz. Terrorçuluqla mübarizə bütün bəşəriyyətin işi olmalıdır. Bu işdə vahid yanaşmalar, bütün ölkələrin səylərinin əlaqaləndirilməsi vacibdir. Heç bir halda terrorçuları yaxşı və pisə ayırmaq olmaz. Yəni, guya yaxşı sənin düşməninə qarşı olan, pis isə sənə qarşı olandır. Tarix dəfələrlə göstərib ki, terrorçuluq elementləri ilə istənilən “oyunlar” son nəticədə bununla məşğul olan ölkələrə təhdidlər yaradır. Ona görə, dünya birliyinin beynəlxalq terrorçuluqla mübarizədə səylərinin birləşdirilməsi regional və beynəlxalq təhlükəsizliyin əsas şərtidir”, deyə dövlət başçısı qeyd edib.
fifa16mall.com 12 oktyabr 2015 12:52
it's very useful for me searching for this site!
fifa16mall.com http://forum.eslgaming.com/profile/43239/MichaelSmock

good web design 20 fevral 2016 22:43
I don't know what you are saying
good web design http://digitalschoolsolutions.com/2016/01/12/achieve-top-notch-professionalism-w
ith-a-free-download-web-design-course/

FIFA 15 Coins 22 fevral 2016 11:38
You are so cute.
FIFA 15 Coins http://somdmda.org/season_6_final_chance_join_fiwc_2015_7

blade and soul gold 19 aprel 2016 17:29
Too bad we must return them.
blade and soul gold http://oilandgasstaffunion.com/forum/topic/16535

cheap fut 17 coins 16 iyul 2016 02:58
youre really talented.
cheap fut 17 coins http://forum.lephoceen.fr/threads/72951-FUT-17-Coins-Making-Guide?p=7088777#post
7088777

albion online gold 28 noyabr 2016 15:13
The youre very professional .
albion online gold http://www.paladinskingdom.com/phpBB3/viewtopic.php?f=1&t=1598

Xəbər Lenti Giriş Populyar Reklam