Prezident Ucarda quşçuluq sənaye kompleksi ilə tanış olub » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident Ucarda quşçuluq sənaye kompleksi ilə tanış olub

Prezident Ucarda quşçuluq sənaye kompleksi ilə tanış olub

Müəllif: Anar
//
06 Ekim 2015
//
//

OXUNUB:290
Prezident Ucarda quşçuluq sənaye kompleksi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, müəssisənin illik quş əti istehsalı gücü 9,5 min ton təşkil edir.

Müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları “Mərcan” brendi ilə təqdim olunur.

Qeyd edilib ki, əsas istehsal prosesi beş sahədə - kəsim, soyutma, bölünmə, qablaşdırma və şoklama sahələrində aparılır.

Sonra prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlət başçısına məlumat verib ki, Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 620 milyon manat civarında kredit verilib. Bunun 445 milyon manatını güzəştli kreditlər təşkil edir.

Prezident həmçinin quş əti emalı müəssisəsində və quş yetişdirmə fabrikində yaradılan şəraitlə tanış olub.

....
Azərbaycan prezidenti İlham Əliyev Ucar rayonuna səfərə gedib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, abidənin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam