Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "Müəllim günü" bayram tədbiri oldu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "Müəllim günü" bayram tədbiri oldu

Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "Müəllim günü" bayram tədbiri oldu

Müəllif: Anar
//
03 Ekim 2015
//
//

Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "Müəllim günü" bayram tədbiri oldu

Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "Müəllim günü" bayram tədbiri oldu

Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "Müəllim günü" bayram tədbiri oldu

Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "Müəllim günü" bayram tədbiri oldu

Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "Müəllim günü" bayram tədbiri oldu

3 oktyabr 2015 ci il tarixində Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "Müəllim günü" bayram tədbiri oldu.
Bu gün Abşeron Yazıçılar Birliyinin və “Abşeron təhsili “ qəzetinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə "İlin məktəbi" nin direktoru və "Tərəqqi medal"ı sahibi olan Ədalət xanım Camalova açdı. Ədalət xanım Prezident İlham Əliyev Cənablarına sərəncama görə öz təşəkürünü bildirdi. Rayon İcra Hakimiyyəti Başçısı və Təhsil Şöbəsinin rəhbərliyinə minətdarlıq etdi.
Məktəbin əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən danışdı. Rayon təhsil şöbəsinin müdir müavini Cənab Pərviz Əhmədov söz verildi ; Pərviz müəllim "Müəllim günü" haqqında məlumat verdi. Təhsil şöbəsinin daima diqqəti və qayğısından, əldə olunan uğurlardan söhbət açdı.
Bu müqəddəs adın daşıyıcılarına uğurlar arzuladı. Təhsil problemləri qəzetinin məsul işçisi, dossent Şah rza müəllim çıxış edib müəllimləri təbrik etdi. AYB-nin rayon şöbəsinin sədri Şəhla xanım bu gün münasibətilə təhsil işçilərini təbrik edib,fərqlənən müəllimlərə rəhbərlik etdiyi təşkilatın təsis etdiyi diplomları təqdim etdi. Abşeron təhsil şöbəsinin məktublar, şikayətlər, təkliflər şöbəsi və mətbuat xidmətinin rəhbəri jurnalist, hüquqşünas Anar Nağıyevə söz verildi ;
Anar müəllim bu sözlərlə təhsil işçilərini təbrik etdi; 5 oktyabr “Müəllim günü” Respublikasmızda qeyd olunur. Abşeron rayon İcra Hakimiyyəti Başçısı Hörmətli İradə xanım Gülmməmədovanın Təhsil sahəsinə ayırdığı diqqət 9 Sentyabr konfransında iştirakı və seçilən müəllim və yüksək balla ali məktəblərə qəbul olunan məzunlara verilən mükafatlar, 15 sentyabr “Bilik günü” İradə xanımın təhsil ocaqlarında olması “Bilik günü” münasibətilə şagirdləri təbrik etməsi , yaradılan şəraitlə tanış olması biz təhsil sahəsində çalışanları sevindirir. Rayon İcra Hakimiyyətinin diqqət və qayğısı biz təhsil işçilərini işimizin öhdəsindən daha layiqli və məsuliyyətlə gəlməyə vadar edir. 45 Məzunun 600- 700 bal toplayaraq ali məktəblərə qəbulu siz müəllimlərin əməyinin bəhrəsidir. İnamla deyə bilərik ki, bu il rayonumuzda “Təhsil ili” kimi tarixə düşəcək. Son 10 ildə qazandığımız uğurlar əldə etdiyimiz naliyyətlər bu ildədaha da yüksələcək. "Tərəqqi medalı" alması münasibətilə Ədalət xanım Camalovanı Təhsil şöbəsinin müdiri adından təbrik etdi. Sonda “Abşeron təhsili” qəzeti daima oxucularımızı naliyyətlərimizlə sevindirəcək. İş olan yerdə problemlər çətinliklərin olması danılmazdır. Çalışacağıq ki, yaranan bu kimi halları dəf edək. Sizi bir daha bu gözəl gün münasibətilə Abşeron Regional jurnalistlər birliyi, Xırdalan qəzeti və Abşeron təhsili mətbuat xidmətinin adından təbrik edir və İlk olaraq 4-cü hakimiyyət olan Mətbuat adından seçilən müəllimlərimizə “Təhsilimizin inkişafı naminə” təsis etdikləri fəxri media mükafatlarını təqdim etdi.
Yazıçı publisist AYB-nin üzvü Natiq müəllim məktəbin əldə etdikləri uğurlara görə və Müəllimlər gününə həsr olunmuş tədbirə görə rəhbərliyə minətdarlığını bildirdi. AYB-nin üzvü şərqşünas Hafiz Rza Müəllimlərə həsr etdiyi şeri iştirakçılara oxudu.
Abşeron rayon Mədəniyyət və Turiz şöbəsinin ansanbılı, aktyorlar və müğənillər tədbirə rəngarənglik verdilər. Şagirdlərin hazırladığı tamaşalara baxıldı, rəqs qruplarının iştirakı ilə tədbir sona çatdı.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam