Prezidentin köməkçisi: “Hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər” » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezidentin köməkçisi: “Hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər”

Prezidentin köməkçisi: “Hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər”

Müəllif: Anar
//
02 Ekim 2015
//
//

OXUNUB:381
Prezidentin köməkçisi: “Hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər”

“Prezident İlham Əliyev azad, plüralist cəmiyyətin formalaşması üçün bütün addımları atır”



“Müstəqil dövlət quruculuğunun banisi Heydər Əliyev KİV üzərində bütün tənzimləyici vasitələri götürməklə azad medianın əsasını qoyub. Bu gün də prezident İlham Əliyev azad, plüralist cəmiyyətin formalaşması üçün bütün addımları atır”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər: “KİV də vətəndaşın hakimiyyətlə bağlı dəstəkləyici və tənqidi mövqeyini verə bilər. Heydər Əliyev tərəfindən əsası qoyulmuş plüralist, azad cəmiyyət ideyaları prezident İlham Əliyev və komandası tərəfindən davam etdirilir. KİV-in də seçkilərdə lazımi funksiyaları icra edəcəyinə inanırıq”.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam