İşləyən əlillərin pensiyaları artırılacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İşləyən əlillərin pensiyaları artırılacaq

İşləyən əlillərin pensiyaları artırılacaq

Müəllif: Anar
//
01 oktyabr 2015
//
//

İşləyən əlillərin pensiyaları artırılacaq

İşləyən əlilliyə görə əmək pensiyaçılarına pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi islahat tədbirləri çərçivəsində nəzərdən keçirilir. Lent.az xəbər verir ki, bu barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mövcud qaydalara əsasən, işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsinin ödənildiyini diqqətə çatdırıb.

Fond sədri bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində davamlı tədbirlərin mühüm komponenti kimi qeyd edilən məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi nəzərdə tutulur.
Xəbər Lenti Giriş Populyar Reklam