Dövlət Sirrinin Mühafizəsi üzrə Komissiyanın tərkibi barədə fərmana dəyişiklik edildi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Dövlət Sirrinin Mühafizəsi üzrə Komissiyanın tərkibi barədə fərmana dəyişiklik edildi

Dövlət Sirrinin Mühafizəsi üzrə Komissiyanın tərkibi barədə fərmana dəyişiklik edildi

Müəllif: Anar
//
30 Eylül 2015
//
//

Dövlət Sirrinin Mühafizəsi üzrə Komissiyanın tərkibi barədə fərmana dəyişiklik edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, fərmana əsasən, 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027) 2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilməsi qərara alınıb:

“Komissiyanın sədri

Yaqub Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.

Komissiyanın üzvləri:

Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Zakir Həsənov Azərbaycan Respublikasının müdafiə naziri

Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri

Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri

Əli Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri

Yavər Camalov Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Vaqif Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam